Icma.az
close
up
RU
Mediada intihar xəbərlərinin təqdimat forması gəncləri intihara meyilləndirir JURNALİST FOTO

Mediada intihar xəbərlərinin təqdimat forması gəncləri intihara meyilləndirir JURNALİST FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son vaxtlarda ölkə mediasında intihar xəbərlərinin daha tez-tez gündəmə gətirilməsi diqqət çəkir. Avrosfer.az xəbər verir ki, xəbərlərin təqdim edilmə tərzi, şişirdilmiş başlıqlar və dramatik detallarla zənginləşdirilməsi, xüsusilə azyaşlı və gənc oxucular arasında intihara meylliliyi artırmaq potensialına malikdir. İnsanlarda bu meyil yalnız fərdi psixoloji problemlərlə bağlı deyil, davamlı stress, sosial təcrid, ailə və məktəb mühiti, eləcə də gündəlik həyatın təzyiqləri kimi bir çox faktor intihara yönələn davranışları gücləndirə bilər.
Bu trendlərin artması medianın ictimai məsuliyyətini və xəbər təqdimetmə qaydalarını yenidən düşünməsini zəruri edir. Hər bir xəbərin yayımlanma tərzi cəmiyyətin psixoloji sağlamlığına təsir edə bilər və bu, xüsusilə həlledici yaş dövrlərində olan gənclər üçün risk yaradır.


Məsələ ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova Avtosfer.az-a bildirib ki, insan özünü dərk etdiyi bir gündən etibarən ölüm qorxusu, məhv olma qorxusu və yaşadığı həyatı tərk etmə qorxusu hiss edə bilər: 
“İntihara meyillər müxtəlif olur və bəzən genetik əsaslara söykənir. Məsələn, əgər ailədə əvvəlki nəsillərdə intihar halları olubsa, bu meyil genetik kod vasitəsilə sonraki nəsillərə nümunə kimi keçə bilər. Lakin burada əsas məsələ intiharın “sevilməsi” və ya insanın özünü məhv etməyi istəməsi deyil. İntihar düşüncəsi daha çox insanın yaşadığı mühit, mövcud vəziyyət və alternativ yolların görünmədiyi zaman meydana çıxır. Təbii ki, intihar düşüncəsi insanların əksəriyyətində müəyyən bir yaş dövründə ortaya çıxa bilər”. 
Psixoloq həmçinin qeyd edib ki, əsas məqam intihar edən insanların bu prosesi yerinə yetirərkən adekvat vəziyyətdə olmamalarıdır:
“Onlar affekt vəziyyətində olur və hətta son həddə çatanda peşmanlıq hissi keçirərək geri dönmək istəyirlər. Buna görə də intihar xəbərləri hazırlanarkən, jurnalistlər və kütləvi informasiya vasitələri bir psixoloqla məsləhətləşərək bu xəbərləri yayımlamalıdır. Başlıqlar yalnızca diqqət çəkmək üçün cazibədar olmamalıdır, həm də intiharın səbəbləri, alternativ həll yolları və dəstək imkanları göstərilməlidir. Bu yolla insanların yönümlərini dəyişdirmək mümkündür. Ümumiyyətlə, xəbər başlıqları yalnız intiharla bağlı deyil, müxtəlif mövzularda da insanları təsir edə bilər. İnsanlar öz daxili aləmlərinə uyğun olaraq xəbərlərə reaksiya verirlər. Əgər kütlə psixologiyası nəzərə alınmasa, insanın gözləri həmişə öz daxili aləminə uyğun olanı axtarır”. 

Mövzu ilə bağlı əməkdar jurnalist, İTV-nin böyük redaktoru Nüşabə Hüseynli saytımıza müsahibəsində deyib ki, mediada intihar xəbərlərinin təqdim olunması birbaşa olaraq cəmiyyətə, xüsusilə, yeniyetmə və gənclərə ciddi təsir göstərə bilər: 
“Araşdırmalar göstərir ki, intihar xəbərlərinin sensasion, emosional və şişirdilmiş şəkildə işıqlandırılması çox mənfi tendensiyaya səbəb olur. Yəni, gənclər, xüsusilə, psixoloji baxımdan həssas kəsim oxşar addımı atmağa meyillənir.
Belə xəbərlərin təqdimatında başlıqlarda “şok”, “dəhşət”, “intiharın əsl səbəbi” kimi emosional ifadələrin işlədilməsi, hadisənin təfərrüatlı təsviri (hansı vasitə ilə intihar etməsi, hadisənin harada və necə baş verməsi), intiharın etiraz forması kimi təqdim edilməsi, sosial şəbəkələrdə bu xəbərlərin çox paylaşılması çox təhlükəli vəziyyət yaradır”. 
Nüşabə Hüseynli vurğulayıb ki, sual yarana bilər ki, bəs belə xəbərlər necə paylaşılmalıdır? Mənim fikrimcə, əvvəla, belə xəbərlərdə xüsusi bir hekayə yoxdursa, paylaşılmaması daha doğru olardı: 
“Amma paylaşılması mütləqdirsə, bu halda fakt qısa, quru və emosiyasız şəkildə təqdim edilməli, təfərrüata varılmamalı, başlıq və foto seçiminə xüsusi həssaslıqla yanaşılmalı, məqalənin sonunda psixoloq və ya dəstək xidmətlərinin əlaqə nömrələri yerləşdirilməli, intihar hadisəsi deyil, onun qarşısının alınması yolları qabardılmalıdır. 
Təəssüf ki, bizim mediada bu məzmunlu xəbərlərin bəzi hallarda məsuliyyətsiz təqdimatı “təqlid intiharları”nı daha da artırır. Xüsusilə də, yeniyetmələr bunu çıxış yolu kimi, bir seçim variantı kimi görürlər. Buna görə də nəzərə almalıyıq ki, medianın məsuliyyətli davranması həyati əhəmiyyət daşıyır”.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri