Icma.az
close
up
RU
MEDİAFEST 2025 konfransının Naxçıvanda keçirilməsi yerinə düşdü Media kapitanları danışdı

MEDİAFEST 2025 konfransının Naxçıvanda keçirilməsi yerinə düşdü Media kapitanları danışdı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Qlobal informasiya mühiti və media trendləri” konfransı – "MEDİAFEST-2025” keçirilib.

Konfrans Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan "Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.

"MEDİAFEST-2025” konfransında iştirak edən Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyev konfrans haqda fikirlərini AZXEBER.COM əməkdaşı ilə bölüşüb. Baş redaktor Naxçıvanda təşkil olunan konfransın yüksək səviyyədə keçirildiyini, tədbirin öz təntənəsi ilə yadda qaldığını xüsusi vurğulayıb:

"Naxçıvanda keçirilən 'Qlobal informasiya mühiti və media trendləri' – 'MediaFest-2025' konfransı çox yüksək səviyyədə keçirildi. Medianın 150 illiyi ilə bağlı keçirilən bu tədbir doğrudan da öz təntənəsi ilə yadda qaldı. Xüsusilə medianın 150 illiyi ərəfəsində, məhz həmin gün bütün media insanlarının, media kapitanlarının iştirak etdiyi tədbirdə Naxçıvan Dövlət Televiziyasının peyk yayımına başlaması böyük və əlamətdar hadisədir. Bu hadisənin medianın 150 illiyi ilə eyni vaxta təsadüf etməsi çox sevindiricidir".

Səfər çərçivəsində onları təəccübləndirən əsas məqamlardan birinin Naxçıvanda məktəbli qəzetinin buraxılması olduğunu qeyd edən baş redaktor sözlərinə belə davam edib:

"Bununla bərabər, onu deyə bilərəm ki, Naxçıvan həqiqətən də medianın 150 illiyi və xüsusilə az öncə adını çəkdiyim mövzu ilə bağlı çox gözəl hazırlaşmışdı. Bunun nəticəsi olaraq muxtar respublikada çox maraqlı tədbirlər keçirildi. Xüsusilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli media nümayəndələrinə qarşı çox nəcib davranaraq onları qəbul etdi, suallarını dinlədi. Daha sonra biz 'Şərq qapısı' qəzetinin tarixini əks etdirən bir çox stendlərlə tanış olduq. Eyni zamanda bizi orada ən çox təəccübləndirən və maraq doğuran məqamlardan biri məktəbli qəzetinin buraxılması oldu. Ümumilikdə deyə bilərəm ki, Naxçıvanda keçirilən tədbirlər çox gözəl təşkil olunmuşdu. Tədbirdə Azərbaycanın ən önəmli media nümayəndələri, televiziya rəhbərləri, dövlətin rəsmi şəxsləri, qəzet və sayt rəhbərləri iştirak edirdilər. Bu, çox sevindirici haldır. Blokada şəraitində olan Naxçıvanda belə möhtəşəm bir tədbirin keçirilməsini alqışlayıram və bir daha tədbirin təşkilatçılarına – həm Mətbuat Şurasına, həm də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin nümayəndəliyinə, "Şərq Qapısı” qəzetinin rəhbəri Sara xanıma təşəkkür edirəm".

Səfər zamanı Naxçıvanın ən gözəl yerlərindən olan Əshabi-Kəhf ziyarətində və "Göycə" festivalında iştirak etdiklərini deyən Əli Vəliyev Naxçıvan səfərini yüksək qiymətləndirib:

"Günün sonuna yaxın Naxçıvanın ənənəsinə uyğun olaraq "Göycə” festivalı keçirildi. Biz də media nümayəndələri olaraq orada iştirak etdik. Daha sonra Əshabi-Kəhf ziyarətində olduq. Naxçıvanın bir sıra önəmli yerlərini rəsmi tədbirlərdən sonra gəzdik. Ümumiyyətlə, Naxçıvanda keçirilən bu tədbiri çox yüksək qiymətləndirirəm".

"Bayraqdar" medianın baş redaktoru Azər Həsrət də Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri” konfransı – "MEDİAFEST-2025” tədbiri haqqında AZXEBER.COM-a açıqlama verərək, tədbir barədə yalnız xoş sözlər deyilə biləcəyini xüsusi vurğulayıb:

"Bu möhtəşəm tədbir haqqında yalnız xoş sözlər demək olar, çünki həqiqətən də Azərbaycan mediasının aparıcı nümayəndələrinin qonaq qismində qatıldığı bu tədbir doğrudan da möhtəşəm idi. Təşkilatçılıq yüksək səviyyədə idi, göstərilən diqqət və qayğı yüksək səviyyədə idi. Prezidentin Naxçıvan üzrə nümayəndəsi şəxsən tədbirlərdə iştirak etdi, qonaqları qəbul etdi, fikir mübadiləsi aparıldı. Təbii ki, tədbirlərin istirahət hissəsi də oldu. Yəni, hər şey mükəmməl idi".

Bir zamanlar xüsusi məhdudiyyətləri ilə tanınan Naxçıvanda belə bir təşkilatçılığın müşahidə olunmasının sevindirici olduğunu bildirən Azər Həsrət əlavə edib:

"Naxçıvanda belə bir təşkilatçılığı görmək məni şəxsən çox sevindirdi. Çünki bilirsiniz ki, bir müddət Naxçıvan məhdudiyyətləri ilə tanınırdı. Amma indi görünür ki, Naxçıvan yavaş-yavaş özünə gəlir, dirçəlir və Azərbaycanın digər bölgələrindəki irəliləyişlər burada da müşahidə olunur. İnsan haqları, demokratiya, dövlət quruculuğu sahələrindəki inkişaf burada da hiss olunur. Nizam-intizam, təmiz və səliqəli mühit, insanların üzündəki təbəssüm və xoş aura – hər şey mükəmməl idi. Əlbəttə ki, mediaya dair çıxışlar, fikirlər, müzakirələr də aparıldı. Düşünürəm ki, Azərbaycan mətbuatının 150 illik yubileyi çərçivəsində belə möhtəşəm bir tədbirin Naxçıvanda keçirilməsi çox yerinə düşdü".

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının plüralizmin inkişaf etdirilməsi"mövzusunda dərc edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri