Icma.az
close
up
RU
Medianın informasiya təhlükəsizliyində və dini etiqad azadlığının təmin olunmasında oynadığı rol böyükdür Ramin Məmmədov

Medianın informasiya təhlükəsizliyində və dini etiqad azadlığının təmin olunmasında oynadığı rol böyükdür Ramin Məmmədov

Icma.az, Metbuat saytına istinadən bildirir.

İyulun 15-də “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə dövlət komitəsinin sədri Ramin Məmmədov Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə konfrans iştirakçılarını təbrik edib, medianın informasiya təhlükəsizliyində və dini etiqad azadlığının təmin olunmasında oynadığı roldan bəhs edib.

"Ümummilli Lider Heydər Əliyev milli mətbuatı ictimai rəyin formalaşmasında və maarifləndirmədə mühüm vasitə kimi qiymətləndirib. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və mediada həyata keçirilən institusional islahatlar dövlətin bu sahəyə göstərdiyi diqqətin təzahürüdür.

Dövlətin mediaya davamlı dəstəyi informasiya təhlükəsizliyinin təmin olunmasına ciddi töhfələr verir. İnformasiya təhlükəsizliyi isə yalnız texniki məsələ deyil, həm də ideoloji və mənəvi müstəvidə cəmiyyətin sabitliyini hədəfə alan geniş bir sahədir. Bu xüsusda dini-ideoloji qütbləşmə cəhdlərinə qarşı hüquqi tədbirlərlə yanaşı, ictimai müqavimətin formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, müxtəlif dinlərin dinc yanaşı yaşaması bu sahədə mühüm örnək kimi təqdim olunub".

Bildirib ki, ölkəmizdəki multikultural dəyərlər və dini dözümlülük modeli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din siyasətinin nəticəsidir.

"Bu gün sosial media üzərindən yayılan dezinformasiyalar, dinin mahiyyətini təhrif edən çağırışlar və manipulyativ məzmunlar cəmiyyətin dini sabitliyinə təhdid yaradır. Bu kimi halların arxasında radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin məqsədli fəaliyyəti dayanır.

Texnologiyanın, xüsusilə süni intellektin informasiya istehsalına təsiri həm yeni imkanlar, həm də yeni risklər yaradır. Bu baxımdan etik sərhədlərin müəyyən olunması və vahid yanaşmaların tətbiqi qlobal media gündəminin əsas məsələlərindən biri kimi qeyd olunub.

Din və media ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaqın formalaşmasında mühüm rol oynayır. Lakin bu iki institut birgə fəaliyyət göstərdikdə onların cəmiyyətə təsiri daha da güclənir. Azərbaycan mətbuatında dini mövzulara obyektiv, elmi və hüquqi yanaşmanın əsas götürülməsi təqdir olunub.

Media yalnız məlumatlandırma funksiyasını yerinə yetirmir, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, vətəndaş məsuliyyətinin formalaşdırılması və ideoloji sabitliyin təminində də mühüm rol oynayır".

Xüsusilə bildirilib ki, Azərbaycanın ən böyük üstünlüklərindən biri hər bir vətəndaşın etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq vahid ideya ətrafında birləşə bilməsidir. Bu birliyi və təhlükəsizliyi təmin edən isə güclü dövlətdir. Fundamental hüquqlar – söz və dini etiqad azadlığı – dövlət tərəfindən qorunur və inkişaf etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələri media ilə açıq və səmərəli əməkdaşlıq prinsipini əsas götürdüklərini qeyd edib və bildirib ki, bu tərəfdaşlıq milli dəyərlərimizin qorunması və cəmiyyətdə ideoloji sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Sonda konfrans iştirakçıları söz və vicdan azadlığı ilə vətəndaş məsuliyyəti arasında balansın qorunması mövzusunda fəal müzakirələr aparmağa dəvət olunublar. Tədbirin ideoloji və praktiki baxımdan faydalı fikir və təkliflərlə zəngin olacağına əminlik ifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri