Medianın İnkişafı Agentliyi: APA yanlış məlumat yayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
APA İnformasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.
"Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik.
Bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-1-ci maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.
Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq", - Agentlik açıqlamasında qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Aprel 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















