Icma.az
close
up
RU
Medinskinin uğursuz müqayisəsi niyə Ukraynanın işğal olunan əraziləri Qarabağ ola bilməz? ŞƏRH

Medinskinin uğursuz müqayisəsi niyə Ukraynanın işğal olunan əraziləri Qarabağ ola bilməz? ŞƏRH

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidentinin köməkçisi, bu ölkənin Ukrayna ilə danışıqlarına rəhbərlik edən Vladimir Medinski yumşaq desək, təəccüb doğuran bəyanatla çıxış edib. O deyib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında "Qarabağ kimi mübahisəli əraziyə çevriləcək".

Maraqlıdır ki, Medinskinin təmsil etdiyi Rusiya dövləti Qarabağın 30 illik erməni işğalı zamanı belə, bu torpaqları mübahisəli ərazi adlandırmayıb. Rusiya işğalçı Ermənistana hərbi-siyasi yardımlarını əsirgəmədiyi dövrlərdə belə, bu ölkənin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Lakin 44 günlük Vətən müharibəsindən 5 il, antiterror əməliyyatından isə 2 ilə yaxın dövr ötdükdən sonra Rusiya prezidentinin köməkçisi ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın Qarabağ regionunu nədənsə "mübahisəli ərazi" adlandırır. Özü də bunu işğal etdikləri Ukrayna əraziləri ilə müqayisə etməklə.

Bu müqayisəni Ukrayna rəsmiləri etsəydi, başadüşülən olardı. Əvvəla ona görə ki, onlar da Azərbaycan kimi işğala məruz qalan tərəfdir. İkincisi isə onlar heç vaxt nə Qarabağı, nə də özlərinin işğal altında olan ərazilərini mübahisəli adlandırmazdı.

O ki qaldı Rusiya prezidentinin köməkçisinin dediklərinə, təbii ki, Azərbaycan XİN-in Medinskiyə cavabı özünü çox gözlətmədi.

"Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib.

Bundan başqa, Azərbaycan XİN Medinskiyə tövsiyə edib ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməsin.

Lakin iş də elə bundadır ki, öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirmək Medinskinin köhnə adətidir. Rusiyanın keçmiş mədəniyyət naziri, hazırda prezidentin köməkçisi olan Medinski həmçinin "velikorus" şovinist təbliğatının atalarından biri sayılır. Bunu hazırda Rusiyanın Ukraynaya qarşı apardığı sistemli təhrif təbliğatında görmək olar. Ukraynanın dövlətçilik tarixinin olmaması, Lenin tərəfindən süni olaraq yaradılması tezisləri məhz həmin təbliğat maşınının istehsalıdır.

Hamının gözəl bildiyi tarixi təhrif etmək Medinski və onun həmkarlarının iş prinsipidir. Məsələn, İkinci Dünya müharibəsinin nəticələrini Romanovlar dövründə olan Rusiya İmperiyasının sərhədlərinin ədalətli bərpası kimi təqdim etmək yalnız belə insanlara məxsus cəhətdir. SSRİ-də yaşayan xalqların, ABŞ, Böyük Britaniya kimi müttəfiqlərlə birlikdə faşist Almaniyası üzərində ümumi qələbənin nəticələrini belə təqdim etmək təbliğat maşınının yalan yaymaqda sərhədləri tanımadığını göstərir. Bundan başqa, 1939-cu ildə SSRİ-nin Finlandiyaya qarşı işğalçı müharibəsini ədalətin bərpa olunması, Molotov-Ribentrop paktı əsasında SSRİ qoşunlarının Polşanın ərazisinin bir hissəsini işğal etməsini azadlıq kimi təqdim etməsi və sair bu tipli kobud təhriflər Medinskinin tarixi faktlarla necə manipulyasiya etdiyinin göstəricisidir.

Rusiya rəsmilərinin və mətbuatının bu məsələ ilə bağlı Azərbaycanın cavabına reaksiyası isə özünəməxsus olub. Belə ki, Rusiyanın Lenta.ru media resursu Azərbaycan XİN-in bəyanatını işıqlandıraraq, bu ərazilərin Qarabağ regionu ilə müqayisəsinin düzgün olmadığını yazıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Medinskinin sözlərinin konteksdən çıxarıldığını bildirib və guya onun bunu başqa mənada dediyini qeyd edib.

Mariya Zaxarovanın reaksiyasından belə anlamaq olar ki, Medinskinin sözləri onlar üçün əlavə başağrısı olub. Əgər həqiqətən də bunu başağrı kimi qəbul edirlərsə, ümid etmək olar ki, bu kimi uğursuz müqayisələr bir daha təkrarlanmayacaq.//Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri