Icma.az
close
up
RU
Medinskinin təxribatçı çıxışı: Onun məqsədi nədir? (ŞƏRH)

Medinskinin təxribatçı çıxışı: Onun məqsədi nədir? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Medinskinin bu açıqlaması bir daha onu göstərir ki, Rusiya hələ də Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bütün ərazilərdə bərqərar olmasını həzm edə bilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin mətbuata açıqlamasında keçmiş Azərbaycan-Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağı mübahisəli ərazi kimi təqdim etməsini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Rusiya sözdə beynəlxalq hüquq nöqteyi-nəzərdən Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə prezidentləri səviyyəsində bəyan etsə də, zaman-zaman istər xarici işlər naziri, istər müavinləri, sözçüsü və yaxud Putinin köməkçisi səviyyəsində Qarabağın ölkəmizə qaytarılması hadisəsini hələ də həzm edə bilmədiklərini bəyan edir və dolayısı ilə bunu Moskvanın geosiyasi uğursuzluğu kimi təqdim etməkdə davam edirlər:

"Ən azı bunu büruzə verirlər. Rusiya rəhbərliyi istər xarici işlər naziri, onun müavinləri və hətta sözçüsü səviyyəsində Ermənistan rəhbərliyinə hər hansı bir söz atanda Qarabağın qaytarılmasını Rusiyanın deyil Ermənistanın etdiyini və 2022-ci ildə İrəvanın Praqada bunu hüquqi cəhətdən təsdiq etdiyini təəssüflə qeyd edirlər. Bu da o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, həmin məsələ Rusiyanın gələcəyə yönəlik təsir mexanizmi olaraq qalacaqdı".


Natiq Mirinin fikrincə, Medinskinin açıqlamasındakı hüquqi cəhətdən buraxılan yanlışlığa gəldikdə, bu, sadəcə texniki səhv olaraq qəbul edilə bilməz:

"Çünki o bilməmiş deyil ki, Qarabağ bütün zamanlarda Azərbaycanın tərkib hissəsi olub və mübahisəli ərazi predmeti deyil. Bununla bağlı nota da verilməlidir ki, Kreml nədən Azərbaycanın ərazi bütövlüyü məsələsini şübhə altına qoyduğunu əsaslandırsın".

Ekspert qeyd edir ki, Azərbaycana qarşı yeni bir anti-Azərbaycan prosesi yaratmaq Rusiyaya heç nə qazandırmayacaq:

"Azərbaycan-Rusiya münasibətləri mülki təyyarəmiz bilərəkdən Qroznı ərazisində vurulandan sonra böyük zərər görüb. Bu fonda ölkəmizə qarşı yeni bir anti-Azərbaycan prosesi başladılarsa, münasibətlərimizə ciddi xələl gələcək və burada itirən tərəf Moskva olacaq. Çünki Azərbaycan Ermənistan deyil ki, Avrasiya İttifaqının üzvlüyündən çıxarmaqla bağlı təhdid etsinlər. Ona görə də Rusiyanın ortada quyruq bulamasına qətiyyən ehtiyac qalmır". 

Qeyd edək ki, son dövrlər Rusiyada rəsmilər səviyyəsində belə Azərbaycana qarşı təhdid xarakterli düşüncələr geniş yayılmağa başlayıb.  Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "Russia Today” kanalına müsahibəsi zamanı Azərbaycana münasibətdə olduqca qərəzli açıqlama verib. O, keçmiş Azərbaycan-Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə buna cavab olaraq bildirib ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır:

"Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub".

Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyun 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri