Icma.az
close
up
RU
Medvedev müharibədən nəhəng sərvət qazanıb Eks prezidentin qaranlıq əməlləri ilə bağlı şok faktlar

Medvedev müharibədən nəhəng sərvət qazanıb Eks prezidentin qaranlıq əməlləri ilə bağlı şok faktlar

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın sabiq Prezidenti Dmitri Medvedevin Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi fonunda sürətlə varlanması və ictimai simasının dəyişməsi, ölkədə hakim elitanın müharibədən qazanc aləti kimi istifadəsinin bariz nümunəsidir.

Rusiyada antikorrupsiya araşdırmaları ilə tanınan rusdilli “Sistema” layihəsinin yeni hesabatı Kreml elitasının müharibəni şəxsi biznesinə çevirdiyini bir daha sübut edir. Araşdırmada deyilir ki, 2022-ci ildə başlayan Ukrayna müharibəsindən bəri Dmitri Medvedevə yaxın fondlar təxminən 850 milyon dollar həcmində sərvət toplayıblar.

Bu fakt, bir vaxtlar islahatçı kimi tanıdılan, indi isə sosial şəbəkələrdə nüvə hücumları ilə hədələyən radikal "hökumət troluna" çevrilən Medvedevin siyasi və biznes reinkarnasiyasını aydın şəkildə göstərir. Görünür, Medvedev təkcə ritorikasını deyil, biznes modelini də “xüsusi hərbi əməliyyat”a uyğunlaşdırıb.

Fondlar şəbəkəsi: qeyri-şəffaf, lakin çoxşaxəli

Araşdırmaya görə, Medvedevlə əlaqəli 15 fond 2015-2021-ci illərdə cəmi 424 milyon dollar, 2022-2024-cü illərdə isə artıq 1.39 milyard dollar vəsait əldə edib. Əldə olunan sərvətin yarıdan çoxu təkcə 2023-cü ildə formalaşıb. 2024-cü ilin sonunda bu fondların aktivlərinin dəyəri 850 milyon dollara çatıb.

Ən diqqətçəkən məqam isə bu vəsaitlərin yönləndirildiyi sahələrdir. "Sistema"nın araşdırmasına əsasən, milyonlarla dollar həm Ukraynaya qarşı döyüşən Rusiya qoşunlarına, həm də Medvedev ailəsinin lüks daşınmaz əmlak layihələrinə sərf olunub.

"Naşa Pravda" – Medvedevin şəxsi ordusunun kassası

Fondlardan biri – “Naşa Pravda” son iki ildə "xüsusi əməliyyat"a 2.4 milyard rubl (təxminən 27 milyon dollar) xərclədiyini etiraf edib. Dronlar, tibbi avadanlıqlar, generatorlar, gecəgörmə cihazları və digər hərbi ləvazimatlar – Medvedevin “xeyriyyəçiliyi”nə aid edilən bu alətlər əslində Kreml rejiminin müharibəni özəl fondlar üzərindən maliyyələşdirməsinin sübutudur.

"Vahid Rusiya"nın rəhbər şəxsləri bu fondun məhz Medvedevin təşəbbüsü ilə yaradıldığını bildirirlər. Medvedevin oğlu İlya da 2022-ci ildən bu fondla əməkdaşlıq edir və “layihə direktoru” kimi qeyd olunur.

Sərvət haradan gəlir? Hədəf nədir?

Fondların donorları ictimaiyyətə açıqlanmır. Onlardan yalnız ikisinin rəsmi vebsaytı mövcuddur. Amma əldə olunan pulların izləri Medvedevin lüks həyat tərzinə aparır. Mərhum müxalifətçi Aleksey Navalnının FBK təşkilatının vaxtilə ifşa etdiyi malikanələr, bağ evləri, şərab zavodları – bu əmlakların əksəriyyəti hələ də Medvedevə bağlı fondlarla əlaqəlidir.

Məsələn, “Naşa Pravda” fondu Qara dəniz sahilindəki “Skalistı Bereq” üzümçülük zavodu ilə əməkdaşlıq edir. Zavodun idarəçiliyində Medvedevin ailə üzvləri də yer alır. Bundan əlavə, fondlara məxsus şirkətlər həmin əraziyə yaxın torpaqları icarəyə götürərək yeni tikinti layihələrinə start veriblər. Məqsəd hələlik bilinməsə də, bu ərazilərdə gələcəkdə yeni elita qəsəbələrinin salınacağı ehtimal olunur.

İctimai iflasa uğramış liderin müharibə reinkarnasiyası

Bir zamanlar Qərbə yaxın və islahatçı kimi təqdim edilən Medvedev 2008-2012-ci illərdə prezident kimi, sonradan isə baş nazir kimi sistemin daxilində "liberal maska" rolunu oynayıb. Lakin 2020-ci ildə Putinin onu baş nazir postundan kənarlaşdırmasından sonra Medvedev cəmiyyətin gözündə sıradan, sönük və qeyri-populyar siyasətçiyə çevrildi. 2021-ci ildə etimad reytinqi cəmi 23 faiz olan Medvedev hazırda 45.7 faiz reytinqlə Putindən və Mişustindən sonra ölkənin üçüncü ən populyar siyasətçisidir. Bu “reytinq sıçrayışı” onun Teleqram kanalında yaydığı müharibə çağırışları, Qərbə qarşı nifrət dolu paylaşımları və nüvə təhdidlərini gündəmə gətirməsi ilə izah olunur. Medvedevin Teleqramdakı paylaşımları orta hesabla 1.8 milyon baxış toplayır. Onun çıxışları çox zaman “Bundestaqı bombalamaq”, “Kiyev hökumətini məhv etmək” kimi mesajlarla müşayiət olunur. Bu ritorika Rusiya daxilində onu “müharibənin səsi” kimi təqdim etsə də, Qərb üçün Medvedev artıq sanksiya siyahılarında yer alan təhlükəli fiqura çevrilib.

Medvedevin dönüşü – müharibə, milyonlar və mənəviyyatsızlıq

Medvedevin fondu, ailəsi və biznes çevrəsinin Ukrayna müharibəsi fonunda əldə etdiyi sərvət, Rusiyanın siyasi elitasının insan həyatını, qanlı müharibəni və milli faciələri şəxsi varlanma vasitəsinə çevirməsinin nümunəsidir. Müharibə Medvedev üçün reputasiya itkisindən imic “dirilməsinə”, nüfuzun isə sərvətə çevrildiyi ideal fürsət olub. Belə görünür ki, Rusiya daxilində müharibə təkcə cəbhədə deyil, fondlar, tenderlər və daşınmaz əmlak sahələrində də aparılır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri