Icma.az
close
up
RU
Nazir müavini ilə qızının şok əməlləri Azərbaycana cəza yağdı!

Nazir müavini ilə qızının şok əməlləri Azərbaycana cəza yağdı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nəzdində yaradılan Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası dekabrın 31-də bizlər üçün şok sayıla biləcək xəbər yayıb.

"Football-plus.az" xəbər verir ki, 2020-ci ilin iyulundan bəri Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə bağlı aparılan araşdırma sonucunda inanılmaz cəzalar tətbiq edilib. Stajlı oxucularımız yəqin xatırlayar, zamanında “Futbol+” hazırda gənclər və idman nazirinin müavini postunu tutan Mariana Vasilyevanın və qızının inanılmaz əməlləri ilə bağlı silsilə yazılar dərc etmiş, bolqar məmuru himayə edənlər isə əməkdaşımızla zor gücünə danışmağa qərar vermişdi. İndi artıq həqiqətlər gün işığına çıxır. Bəribaşdan vurğulyaq ki, AGF də 30 min İsveçrə frankı (təxminən 57 min manat – red.) cərimələnib. Bu qurum həmçinin qərar dərc olunandan sonrakı 21 gün ərzində apellyasiya şikayəti yaza bilər.
İndi isə ölkəmizin gimnastika yığmasında çalışanların əməllərinə və cəzalarına toxunaq. Cəzaya məruz qalanların siyahısı: Mariana Vasilyeva – Azərbaycan bəddi gimnastika yığmasının sabiq baş məşqçisi, AGF İcraiyyə Komitəsinin üzvü; Siyana Vasilyeva (Mariana Vasilyevanın qızı – red.) – Azərbaycan bədii gimnastika yığmasının baş məşqçi əvəzi, FIG-in komissiya üzvü; Yevgeniya Vəliyeva (qızlıq soyadı Jidkova) – AGF-nin məşqçisi; Natalya Bulanova – AGF-nin idman direktoru.
Gimnastika Etikası Fondunun saytında yer alan qərarın təsvir hissəsində deyilir ki, araşdırma zamanı AGF-də çalışan məşqçilərin uzun illər ərzində bəzi gimnastlara münasibətdə fiziki və psixoloji zorakılığa əl atdığı üzə çıxarılıb. Bununla da Beynəlxalq Gimnastika Federasiyasının qayda-qanunları, Etika Kodeksi, eləcə də idmançıların təhlükəsizliyinin təmin olunması prinsipləri pozulub.
Mariana Vasilyevanın əməlləri: idmançılara münasibətdə sərtlik və fiziki zorakılıq göstərib, çəkisi artıq olanları döyüb, məşqçilik etməyə imkanı olmayanları buna məcbur edib, onları təhqir edib, idmançılara ödəniləsi pul mükafatlarını saxlayıb, onların mobil telefonunu əlindən alıb.
Mariana Vasilyevanın cəzası: 8 il müddətinə FIG-in hər hansı fəaliyyətində və digər beynəlxalq tədbirlərdə iştirakdan kənarlaşdırılır, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) üzvü olan hər hansı federasiyanın baş məşqçisi olması ömürlük qadağan edilir, 2019-cu ildə FIG tərəfindən Mariana Vasilyevaya verilən “Fəxri Məşqçi” Diplomu geri götürülür.
Gimnastı telefonla vuran Siyana Vasilyeva qarşıdakı 18 ar ərzində heç bir beynəlxalq tədbirdə iştirak edə bilməz.
Gimnastı çəkisinə görə təhqir edən Yevgeniya Vəliyeva qarşıdakı 18 ar ərzində heç bir beynəlxalq tədbirdə iştirak edə bilməz.
Yalnız Natalya Bulanovanın ünvanına yönələn ittihamlar təsdiqini tapmayıb.
AGF-dən idmançıların təhlükəsizliyi ilə bağlı prosedur və mexanizmlərin yoxlanması üçün ekspert təyin etməsi, rüblük hesabatlar verməsi, gələcəkdə hadisənin təkrarlanmaması üçün digər tədbirlər görməsi tələb olunur. AGF nümayəndələri FIG şurasının və konqresinin qarşıdakı iclaslarında iştirak etməyəcəklər. Maraqlıdır ki, bu il fevral, mart və aprel aylarında Bakıda batutda tullanma, idman və bədii gimnastika üzrə Dünya Kubokunun mərhələləri keçirilməlidi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri