Icma.az
close
up
RU
Məğlub ölkəyə nicat gətirəcək sülh sınağı

Məğlub ölkəyə nicat gətirəcək sülh sınağı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Cənubi Qafqazda çox vaxt məkanın özü siyasi mesajın daşıyıcısına çevrilir. İrəvanın da Avropa Siyasi Birliyinin (ASB) VIII sammitinə ev sahibliyi etməsi onun özünü hansı siyasi koordinatlarda yerləşdirmək istədiyini göstərən simvolik və strateji addımdır.

Ermənistan uzun illər təhlükəsizlik baxımından bir geosiyasi dayağa – Rusiyaya söykənmişdi. Lakin son illər baş verən proseslər, xüsusilə regional münaqişədən sonrakı reallıqlar və qlobal güc balansındakı dəyişikliklər İrəvanı yeni axtarışlara sövq edib. ASB sammiti məhz bu axtarışların institusional ifadəsi kimi çıxış edir. Baş nazir Nikol Paşinyanın sammitin “böyük siyasi əhəmiyyət daşıdığı” ilə bağlı ifadəsinin arxasında daha mürəkkəb siyasi hesab dayanır.

Burada əsas analitik düyün yaranır: İrəvan bu sammiti beynəlxalq imicini yaxşılaşdırmaq üçünmü istifadə edir, yoxsa onu daxili və xarici siyasətdə real dönüş nöqtəsinə çevirməyə hazırlaşır? Əgər məsələ yalnız imicdirsə, onda Ermənistan “kiçik dövlət diplomatiyası” modelinə uyğun hərəkət edir – böyük platformalarda görünmək, siyasi diqqət qazanmaq və özünü beynəlxalq gündəmdə saxlamaq. Belə olan halda sammit qısamüddətli nüfuz dividendləri gətirə bilər, lakin uzunmüddətli strateji nəticələr doğurmaz.

Amma əgər İrəvan bu platformanı transformasiya aləti kimi görürsə, vəziyyət köklü şəkildə dəyişir. Bu, o demək olardı ki, Ermənistan artıq regional siyasətdə daha praqmatik xəttə keçməyə, qonşularla münasibətləri funksional əsasda qurmağa və ən əsası, postmünaqişə reallıqlarını qəbul edərək yeni təhlükəsizlik modelinə inteqrasiya olunmağa hazırdır. Məhz bu nöqtədə “sülh sınağı” anlayışı aktuallaşır. Çünki sammiti Ermənistanın, eyni zamanda, regiona – xüsusilə Azərbaycana ünvanlanmış siyasi siqnalı kimi dəyərləndirə bilərik.

“Sülh sınağı” nə deməkdir?

ASB-ni İrəvan sammitində əsas söhbət daha dərin məqamdan – Ermənistanın postmünaqişə dövründə siyasi davranış modelini necə formalaşdıracağından gedir. Cənubi Qafqazda artıq yeni status-kvo formalaşıb və bu reallıq əvvəlki illərin siyasi düşüncə çərçivəsini faktiki olaraq sıradan çıxarıb. Bu şəraitdə əsas məsələ reallığı necə idarə etməkdir. Ermənistan son dövrlər sülh gündəliyinə sadiqlik nümayiş etdirməyə çalışır. Lakin diplomatiyada söz ilə əməl arasındakı məsafə bəzən çox böyük olur və məhz bu məsafə siyasi etimadın əsas ölçü vahidinə çevrilir.

Burada əsas analitik sual ortaya çıxır: Ermənistan doğrudanmı yeni regional reallığı daxili və xarici siyasətində əsas xətt kimi qəbul edib? Sualın cavabı hələlik natamamdır. Regional kommunikasiyaların açılması məsələsində Ermənistanın hansı praktik addımları atmağa hazır olduğu, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə nə qədər konstruktiv yanaşdığı və ən əsası, sülh müqaviləsinə doğru siyasi iradə nümayiş etdirib-etdirmədiyi bu sammitdən sonra daha aydın görünəcək. Əgər İrəvan bu məsələlərdə prinsipial və ardıcıl mövqe ortaya qoya bilsə, o zaman sammit Ermənistan üçün diplomatik uğurdan daha artıq məna kəsb edəcək: bu, ölkənin strateji kursunun dəyişdiyini göstərən siqnal kimi qəbul olunacaq. Əks halda, yaranan mənzərə fərqli olacaq: beynəlxalq platformada səsləndirilən sülh mesajları ilə reallıq arasındakı uyğunsuzluq görünən hala gələcək.

Bakı prosesi necə dəyərləndirir?

Bakı bu prosesi daha çox siyasi niyyətlərin yoxlanıldığı mərhələ kimi oxuyur. Çünki postmünaqişə dövründə əsas problem artıq siyasi etimadın formalaşmasıdır və bu etimad yalnız konkret addımlar üzərindən qurula bilər. Azərbaycanın gözləntiləri prinsip etibarilə yeni deyil, lakin mövcud mərhələdə daha konkret və ölçüləbilən xarakter alıb. Bakı uzun müddətdir ki, münasibətlərin normallaşmasını hüquqi çərçivəyə salacaq sülh müqaviləsinin imzalanmasını prioritet kimi irəli sürür. Əgər bu tədbir tərəflər arasında dialoqu intensivləşdirərsə və konkret nəticələrə doğru hərəkət müşahidə olunarsa, o zaman onun real geosiyasi çəkisi formalaşa bilər. Digər mühüm məsələ regionda kommunikasiyaların açılmasıdır. Orta Dəhlizin qlobal əhəmiyyətinin artdığı bir dövrdə Zəngəzur istiqaməti artıq daha geniş iqtisadi və geosiyasi kontekst daşıyır. Bakı üçün burada əsas gözlənti siyasi razılaşmaların praktik mərhələyə keçməsidir. Çünki kommunikasiya xətləri qarşılıqlı asılılıq mühiti formalaşdıraraq uzunmüddətli sabitliyin əsasını qoyur.

Amma bütün bunların üzərində dayanan daha fundamental bir məsələ var – siyasi ritorikanın transformasiyası. Azərbaycan üçün Ermənistanın keçmiş münaqişə narrativindən tam uzaqlaşması həlledici əhəmiyyət daşıyır. Əgər ritorika dəyişməz qalarsa, istənilən razılaşma kövrək olacaq.

***

İrəvanda keçiriləcək ASB sammiti, əslində, daha geniş geosiyasi oyunun fraqmentidir. Burada iştirak edən aktorların hər biri bu platformanı öz strateji məqsədləri üçün istifadə etməyə çalışır. Ermənistan və Azərbaycan üçün bu sammit birbaşa siyasi nəticələr doğura biləcək hadisədirsə, böyük güclər üçün təsir zonalarının yenidən formatlaşdırıldığı bir alətdir. Avropa bu prosesdə nə qazanmağa çalışır? Avropa İttifaqı son illər Cənubi Qafqaza münasibətdə daha fəal siyasi xətt formalaşdırmağa başlayıb.

Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və Şərq qonşuluğunda sabitlik kimi faktorlar Brüsseli regiona daha dərindən cəlb edir. İrəvanda sammit keçirməklə Aİ faktiki olaraq mesaj verir ki, Cənubi Qafqaz artıq onun siyasi dialoq məkanının kənarında deyil. Eyni zamanda, Avropa üçün bu platforma vasitəçilik rolunu gücləndirmək baxımından da əhəmiyyətlidir. Ermənistan–Azərbaycan münasibətlərində dialoq üçün əlavə kanalların yaradılması Brüsselə regionda “sabitləşdirici aktor” kimi mövqelənmək imkanı verir.

Moskva üçün rəqabət ünvanı

Digər tərəfdən, bu proses Moskvanın diqqətindən kənarda qala bilməz. Burada növbəti analitik sual ortaya çıxır: Rusiya bu dinamikanı necə oxuyur? Mövcud reallıq göstərir ki, Kreml bu cür təşəbbüsləri öz təsir dairəsinə alternativ mexanizmlər kimi qiymətləndirir. Tarixən, Cənubi Qafqaz Rusiyanın prioritet geosiyasi məkanlarından biri olub və bu regionda hər hansı yeni aktorun fəallaşması avtomatik olaraq rəqabət elementi yaradır.

Moskva üçün ASB kimi formatların genişlənməsi təsir imkanlarının nisbi daralması kimi qəbul edilə bilər. Xüsusilə Ermənistanın bu platformalarda fəal iştirakı Kremlin ənənəvi müttəfiq modeli baxımından suallar doğurur. Çünki bir tərəfdən İrəvan yeni tərəfdaşlıqlar qurmağa çalışır, digər tərəfdən isə mövcud təhlükəsizlik arxitekturasından tam şəkildə uzaqlaşmaq imkanları məhduddur. Nəticədə, ortaya belə bir mənzərə çıxır: hər kəs bu sammitdən nəsə qazanmağa çalışır, lakin əsas məsələ kimin nəyi nə qədər davamlı şəkildə əldə edə biləcəyidir.

Nikol Paşinyan hökumətinin qarşısında duran əsas dilemma zahirən sadə görünür, lakin onun nəticələri həm Ermənistanın daxili siyasi gələcəyinə, həm də regionun geosiyasi arxitekturasına birbaşa təsir edə biləcək qədər mürəkkəbdir. Söhbət siyasi davranışın mahiyyətindən gedir. Ermənistan uzun müddət müxtəlif güc mərkəzləri arasında manevr edərək öz təhlükəsizlik modelini qorumağa çalışıb. Lakin postmünaqişə dövrü bu manevr imkanlarını daraldıb və indi daha aydın, daha konkret seçimlər tələb edir. Maraqlıdır ki, Ermənistan beynəlxalq platformalarda səsləndirdiyi sülh mesajlarını real siyasətə çevirə biləcəkmi?

Əgər İrəvan bu istiqamətdə ardıcıl və prinsipial xətt seçərsə, o zaman ASB sammiti Ermənistan üçün diplomatik dönüş nöqtəsi kimi tarixə düşə bilər. Bu halda ölkə regionda yeni əməkdaşlıq modelinin iştirakçısına çevrilə, iqtisadi və nəqliyyat layihələrindən daha geniş fayda əldə edə və ən əsası, təhlükəsizlik mühitini konfrontasiyadan əməkdaşlığa doğru dəyişə bilər. Bu ssenari Ermənistanın geosiyasi mövqeyini də gücləndirər, onu aktiv aktora çevirər.

Lakin alternativ ssenari də istisna deyil və o, daha çox risklərlə müşayiət olunur. Əgər səsləndirilən sülh mesajları praktiki addımlarla dəstəklənməzsə, o zaman yaranan ziddiyyət daha da dərinləşəcək. Belə olan halda İrəvan sammiti nə qədər genişmiqyaslı və diqqətçəkən olsa belə, onun siyasi çəkisi simvolik səviyyədən yuxarı qalxmayacaq. Ermənistan isə yenidən geosiyasi qeyri-müəyyənlik zonasına sürüklənə bilər – nə tam şəkildə yeni tərəfdaşlıqlara inteqrasiya olunmuş, nə də əvvəlki təhlükəsizlik sisteminə güvənə bilən bir vəziyyətə.

Son olaraq qeyd edək ki, əgər Ermənistan bu mərhələdə aydın və ardıcıl seçim edə bilsə, regionda qarşılıqlı asılılığa əsaslanan yeni əməkdaşlıq modeli formalaşa bilər. Əks halda, qeyri-müəyyənlik davam edəcək və bütövlükdə regionun inkişaf potensialını məhdudlaşacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri