Məğlubiyyətin psixoloji fəsadları öz yerində, yığmamız həm də yorğundur
Icma.az, Fanat saytına istinadən bildirir.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığmasına 0:3 hesabı ilə uduzan Azərbaycan millisi sabah Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gələcək. Millinin sabiq hücumçusu Xaqani Məmmədovla əlaqə saxlayıb bu qarşılaşmadan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Millimizi çox çətin oyun gözləyir. Fransadan alınan məğlubiyyətin psixoloji fəsadları öz yerində, yığmamız həm də yorğundur. Bərpa olunmaq üçün vaxt da azdır. Baş məşqçi Ayxan Abbasov futbolçuları həm fiziki, həm də psixoloji planda oyuna hazırlaya bilsə, uğurlu nəticə qazanmaq mümkündür. Ayxan müəllimin işin öhdəsindən gələ biləcəyini, futbolçulara yaxşı motivasiya verəcəyini düşünürəm. Əlbəttə, rəqib Bakıdakı heç-heçənin (1:1) əvəzini çıxmağa köklənib, amma məncə, bizim də xal qazanmaq şansımız var. Ümid edirəm ki, millimiz uğurlu oyunlarından birini keçirəcək. Komandamıza uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 Oktyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















