Icma.az
close
up
RU
33 illik məğlubiyyətin sirri...

33 illik məğlubiyyətin sirri...

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1988-ci ilin qanlı fevralı.... Ona görə qanlı ki, ilk şəhid qanı nə olduğunu o gün gördük.

Həmin gün 17 Ağdamlı gənc də yaralandı.

O günlərdə azərbaycanlılara atəş açan ermənilər dövləti və xalqı tərəfindən qəhrəman kimi qəbul edilərkən Azərbaycanda bunun tam əksi idi. Ağdamda və bütün rayonlarda.....Çünki mitinqə gedənlər o vaxt milis idarələrinə çağrılır ,"ekstimis" hərəkətlərinə görə, döyülür, təhqir edilir, cərimələnir və yaxud təcridxanaya salınırdı. Həbs edilənlərin yaxınları günlərlər milis idarələrinin qarşısında qalır, son anda milislərin tələb etdiyi pulu (cəriməni) verib övladlarını milisdən qurtarırdılar. Mübarizənin ilk günündən Vətən təəssübü çəkən vətəndaşlara qarşı müxtəlif "şərləmə" kampaniyaları da başladıldı.

2 gün sonra Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Telman Orucov Bakıdan gəlib Ağdamda yığıncaq keçirdi.Yaralı olan 17 gənci xəstəxanadan iclas zalına gətirdilər. Telman Orucov üzünü yaralılara tutaraq dedi ki, “gərək o güllə sizin alnınıza dəyəydi...”

Əminəm, Orucov Əli və ya Bəxtiyarı o zalda görsəydi, deyəcəkdi ki, nə yaxşı ki, sizə güllə dəydi....

Yadımdadır ki, 1990-c ilin təxminən fevralın sonları idi. Ağdam rayon Qərvənd kəndində kolxozçulara veriləcək taxıl mənimsəməsinə etiraz edən və camaatın da etiraz edib haqqını tələb etməsinə şərait yaradan siyasətçi (Qərvənd) Camal Əhmədov həmin günlərdə kolxoz sədri, Sosialist əməyi qəhrəmanı, SSRİ Ali Sovetin deputatı, üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenlərinin sahibi Xuraman Abbasova tərəfindən şərlənərək həbs edildi. Həbsə səbəb isə guya C. Əhmədovun əhalini silahlandırması oldu. Halbuki o vaxt çox az evdə yalnız ov tüfəngi vardı. Bu iddiadan sonra dağılan Sovet Ordusunun Stepanakertdə yerləşən 366-cı polku kəndi nəzarətə götürdü. Dişinə qədər silahlanmış polkun xüsusi təyinatlı əsgər və zabitləri evlərə girir, insanlarda qorxu və təşviş yaradır, evləri ələk-vələk edilir, həyəti, pəyəsi, əl damı, ot tayası, tualeti belə axtarılırdı. Rusiyaya, sovet hökümətinə canla-başla qulluq etməkdən zövq alan azərbaycanlıların, yaltaqlığı, satqınlığı, xəyanaəti Qarabağda faciələrə yol açdı. 10 minlərlə igidimiz şəhid oldu, torpağlarımız iğğala , insanlarımız deportasiyaya məruz qaldı. 33 torpağımızın işğalda qalmasının səbəbi tək silah , qüvvə, komandan çatışmağlığı deyildi!Həm də xəyanət idi, rusun ayağını yalamaq, sovetlərə sadiqlik , yadellilərin verdiyi tapşırıqları yerinə yetirmək, sadə insanları əzərək, qorxudaraq müti hala çevrilməsini təmin etmək idi.

P.S.Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri