Icma.az
close
up
RU
Məğlubiyyətlərdən dərs çıxarmalıyıq, əks halda... Ayxan Abbasov

Məğlubiyyətlərdən dərs çıxarmalıyıq, əks halda... Ayxan Abbasov

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Belarusa 1:3 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib. 

QOL.az-ın Belarusa ezam olunmuş müxbirinin məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın komandası üçün yaxşı təcrübə olduğunu deyib: 

"Əlbəttə, məğlubiyyət məyusedici oldu. Amma belə oyunlar bizim üçün vacibdir. Futbolçularımızın səfərdə azakreşlər qarşısında təzyiqlərlə bacarmalıdırlar. Rəqibin gücü bəlli idi. Bilirdik ki, rəqib öz meydanında qalibiyyət üçün oynayacaq. İlk 35 dəqiqə demək olar ki, bizdə hər şey alınırdı. Qol da vurduq, epizodlarımız çox oldu. İki qol da vura bilərdik. Amma 35-ci dəqiqədən sonra matç dəyişdi. Raul Məmmədovun zədəsinin də oyuna təsir oldu. Birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlük əldə etdi və oyunçularımızda psixoloji cəhətdən eniş oldu. İkinci hissədə nələrisə dəyişmək, digər oyunçulara şans vermək istədik. Ümumi götürsək, bizim üçün bir sınaq idi, nəticə çıxarmalıyıq. Növbəti oyunlara hazırlaşacağıq, səhvlər üzərində işləyəcəyik. Rəqib birinci hissənin sonunda daha dinamik oynamağa başladı. Ən əsas oyun tempini artırmalıyıq. Beynəlxalq oyunlarda bu vacibdir". 

Mütəxəssis ayrıca olaraq hansısa oyunçunu fərqləndirmək istəmədiyini bildirib: "Birinci hissədə istədiyimiz hücumlar alınırdı. Bunların üzərində işləyirdik. Bir neçə istədiyim tempdən aşağı idi, bu da normaldır. Çünki az oynamışdılar. Amma oyun tempini qaldıra bilsək, gələcəkdə hər şey yaxşı olar. Heç bir futbolçu uduzmaq istəmir, əsasən də gənclərə dəstək olmalıyıq. Matçın ilk 35 dəqiqəsi mənə gələcək üçün böyük ümid verir". 

A.Abbasov Belarus futbolu ilə Azərbaycan futbolu arasındakı fərqdən danışıb: "Belarusla hərtərəfli dost ölkəyik. Mənim üçün Belarus daha yaxındır. Burada PRO kateqoriyası üçün oxumuşdum. Rəqibin baş məşqçisi ilə bir yerdə oxumuşduq. Onu görməyə şad oldum. Son illərdə uşaq futboluna yaxşı diqqət edirlər. Bu, bizi sevindirir. Bütün yaş qruplarında irəliləyişi görürük. Məşqçiləri ilə də danışdım. Əgər inkişaf istəyiriksə, bizdə bunu etməliyik. Şərait və stadionların keyfiyyəti Belarusda bizdən daha yaxşıdır. Çempionat baxımından isə bizdə daha yüksək keyfiyyat var. Amma millilər cəhətdən Belarus daha yüksəkdir". 

O, həm millidə, həm Premyer liqada oynayan futbolçuların çıxışlarından söz açıb: "Oyunçunun Premyer liqa təcrübəsi olması hər matçda yaxşı oynayacağını demir. Razıyam, Xəyal bu gün daha yaxşı oynaya bilərdi. Antalyada qalib gəldiyimiz oyunda ən yaxşılardan idi. Əlbəttə, Premyer liqadakı oyunçulardan gözləntilər daha çoxdur. Digərlərindən bir addım qabaqdadırlar. Amma bu gün yaxşı şeylər də var idi. Rüfət Abbasov, Edqar Adilxanov və Murad Məmmədov seçilirdilər. Ağadadaş Salyanskinin də yaxşı fürsətləri oldu. İşləmək lazımdır. Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Əks halda heç nə alınmayacaq. Çünki futbolda məğlubiyyət olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 İyun 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri