Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Məğrurluğun, dözümün və zəfərin nümunəsi Laçında yerləşən hərbi hissədən REPORTAJ

Məğrurluğun, dözümün və zəfərin nümunəsi Laçında yerləşən hərbi hissədən REPORTAJ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyi tərəfindən Laçında yerləşən hərbi hissələrdən birində əsgərlər üçün yaradılan şəraitlə tanışlıq məqsədilə media-tur təşkil olunub.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı başlanılan təxirəsalınmaz tədbirlər bu gün də planlı şəkildə davam etdirilir.

Laçında müasir tipli infrastrukturun inşası həyata keçirilib, kazarmalar, hamam-camaşırxana xidmətləri hərbçilərin ixtiyarına verilib.

Hərbçilər ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunurlar.

Hərbi hissədə günün nizam qaydalarına uyğun olaraq, bölmələrdə gündəlik qoşun xidməti təşkil edilməklə yanaşı, döyüş hazırlığı məşğələləri də intensiv və keyfiyyətlə keçirilir.

Hərbi qulluqçu Oxu.Az-a açıqlamasında vurğulayıb ki, ümumqoşun döyüşlərin aparılmasında snayperlər bu gün mühüm və əsas fəaliyyətləri yerinə yetirirlər:

"Müasir ümumqoşun döyüşünün aparılmasında qabaqcıl və yeni texnologiyalardan istifadə olunmasına baxmayaraq, snayperlər bu gün mühüm və əsas fəaliyyətləri yerinə yetirirlər. Belə ki, döyüşlərdə bir hədəfin məhv olunması üçün tonlarla metalın sərf olunması, xeyli sayda şəxsi heyətin və vəsaitin istifadə edildiyi halda snayper üçün bu fəaliyyəti yerinə yetirmək üçün sadəcə, bir neçə qram metaldan istifadə olunur. Döyüşlərin gedişində snayper çox şeyə qadirdir. Onların məsuliyyəti böyük, işləri qeyri-standart, təhlükəli və fiziki cəhətdən ağırdır. Xidmət etdiyi qoşun növündən, rütbəsindən asılı olmayaraq, hər bir snayper xüsusi təyinatlı döyüşçüdür. Real nəticə vermək imkanları baxımından snayper düşünməyə məcburdur. Belə olduğu üçün snayperlərin düşüncəsi və onların fəaliyyətləri haqqında fikirləri digərlərindən çox fərqlənir".

O qeyd edib ki, hərbi hissədə günün nizam qaydasına uyğun olaraq istirahət günlərində əsgərlər ailələri ilə əlaqə saxlayırlar və görüşlər təşkil olunur.

Hərbi hissədə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatın təşkil edilməsi məqsədilə inşa edilən yataqxana, yeməkxana, anbarlar, həmçinin məişət obyektləri istifadəyə verilib.

Digər hərbi qulluqçu Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda olduqları hərbi hissədə əsgərlərin məişət şəraiti çox yaxşıdır:

"Dövlətimizin diqqət və qayğısını davamlı hiss edirik. Buna görə də öz minnətdarlığımı bildirirəm. Bütün bu diqqət və qayğı sayəsində bizim üzərimizə düşən əsas məsələ daim döyüş hazırlığımızı yüksəkdə saxlamaq, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün müdafiəsini əzmlə təmin etməkdir".

Müsahibimiz hərbidə göstərdiyi xidmətə görə "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub:

"Səkkiz ildir, hərbi xidmətdəyəm. İkinci Vətən müharibəsində iştirak etmişəm. Talış, Suqovuşan istiqamətlərində döyüşmüşəm. Xidmətlərimə görə "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşam.

Laçının azad olunma xəbərini elə burada almışam. Bu hissi sözlə təsvir edə bilmərəm. Çox gözəl bir hiss idi. Torpaqlarımızın işğaldan azad olunmasına görə çox sevincli idik. Əsgərlərin hər birinin döyüş əzmi yüksək idi. Hərbidə ruh yüksəkliyi özünü göstərirdi".

Bu gün Qarabağda yalnız həyat deyil, ümid də yenidən doğulur. Zəfərin kölgəsində yox, şəfəqində çiçəkləyən bu torpaqlar Vətənin ruhunu, xalqımızın dönməz iradəsini əks etdirir. Hər qarış torpaq, hər dağ, hər çay bir qayıdış hekayəsidir - məğrurluğun, dözümün və zəfərin səsi kimi səslənir.

Qüdrətli Ordumuz, əzmkar Liderimiz və sarsılmaz xalqımız bir yumruq kimi birləşərək tarix yazdılar. Qarabağ dirçəlir, təkcə evlər deyil, ümidlər tikilir. Dağılan yurdlar yenidən qurulmaqla bərabər, parçalanan xatirələr də bərpa olunur.

Dövlətimizin göstərdiyi diqqət və qayğı sayəsində Qarabağda dirçəlişin mayasında igid əsgər və zabitlərimizin alın təri, qanı və canı dayanır. Onların misilsiz fədakarlığı bu torpaqlarda sülhün və azadlığın bünövrəsinə çevrilib.

Azərbaycan dövləti bütün varlığı ilə bu torpaqlara sahib çıxır - əsgərinə də, vətəndaşına da eyni qayğını, eyni sevgini göstərir.

Əminliklə deyə bilərik ki, bu yurdlar artıq yalnız zəngin tarixi ilə deyil, həm də əbədi azadlığı, gücü və yenilməzliyi ilə tanınacaq. Azərbaycanın məğrur xalqı, qüdrətli dövləti və yenilməz ordusu var olduqca Laçın da daxil olmaqla Qarabağın hər qarışı torpağı daim sülhün, dirçəlişin və qələbənin uca simvolu olaraq qalacaq.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see231

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see228

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see207

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see193

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see165

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see137

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri