Icma.az
close
up
RU
Laçında fırçaların dili ilə danışan əsərlər REPORTAJ

Laçında fırçaların dili ilə danışan əsərlər REPORTAJ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Laçın, 5 iyun, Gülay Nəzərova, AZƏRTAC

Qarabağın, Şərqi Zəngəzurun dağları təkcə daşlardan, qayalardan, torpaqdan ibarət deyil – hər biri yaddaş daşıyır, hekayə söyləyir, nəfəs alır. Laçının yamyaşıl yamacları, Günəş işığında bərq vuran çiçəkləri, küləklə pıçıldaşan çinarları çoxlarına ilham verdiyi kimi, rəssamların fırçasında da yeni həyat tapır.

MDB-nin mədəniyyət paytaxtı elan olunan Laçın şəhərində bu günlərdə təşkil edilən “Birlik rəngləri” sərgisi də məhz bu ruhun ifadəsinə çevrildi.

AZƏRTAC-ın bölgəyə ezam olunan müxbiri sərgidə iştirak edən rəssamlarla söhbət edib, onların qartal oylağı olan Laçınla bağlı əsərlərindəki duyğularını, hisslərini elə özlərindən dinləyib.

Belə rəssamlardan biri Mir Azər Abdullayevdir. O, işlədiyi əsərdə Laçınla bağlı duyğularını fırça ilə əks etdirdiyini bildirib: “Hər bir əsərə başlamazdan əvvəl artıq müəyyən vizual və kreativ yanaşmalar formalaşır. Əsərlərimin demək olar ki, hər biri Laçına, ümumilikdə, Şərqi Zəngəzura, Qarabağa həsr olunub. Bu torpaqlar insana təkcə ilham vermir, həm də sanki onu səsləyir,” – deyə rəssam vurğulayıb.

Mir Azər Abdullayevin əl işlərində xüsusilə at və onun daşıdığı mənalar ön plana çıxır. Eyni zamanda, qədim şəhərlərin memarlıq üslubu, xalça ornamentləri, quş təsvirləri, eləcə də bu torpaqların mədəniyyətinə məxsus müxtəlif detallar rəssamın sənət dünyasının ayrılmaz hissəsidir. Bu elementlərlə o, özünəməxsus əsərlər yaradır. Onun bu silsilədən ilk işi “Qarabağa xoş gəlmisiniz” əsəridir. “Sakit arzular” və “Bakıdan hədiyyə” kimi əsərləri də həmin emosional və vizual xəttin davamıdır.

Sərginin digər iştirakçısı Əməkdar rəssam, Rəssamlar İttifaqının üzvü Vüqar Əli isə Şərqi Zəngəzurun, Qarabağın həm də mənəvi varlığını əsərlərinə köçürməyə çalışdığını deyib.

“MDB ölkələrinin bir neçə rəssamı ilə birlikdə möhtəşəm layihə həyata keçirdik. Bu yerlərin təbiəti, tarixi, abidələri və memarlığı rəssam üçün əsl xəzinədir. Mənim ilk işim “Sevgi dastanı” adlanır. Digər iki əsər isə Şuşa mövzusuna həsr olunub. Stilizə olunmuş simvollar, Qarabağ xalçalarına xas naxışlar, simvolik quş fiqurları və tarixi-memarlıq abidələri əsərlərimin əsas xəttini təşkil edir”, - deyə rəssam diqqətə çatdırıb.

Bu sərgi sadəcə rəsm əsərlərinin nümayişi deyil, həm də bir çağırışdır – Qarabağın tarixini, ruhunu, təbiətini və mədəniyyətini unutmamaq, onu yaşatmaq və yeni nəsillərə ötürmək çağırışı. Sərgidə nümayiş olunan hər bir rəsm sanki bir şeirdir, rənglərin dili ilə yazılmış xatirə kitabıdır.

Əsərlərdəki hər fırça izi, hər rəng tonu keçmişlə bu gün arasında körpü yaradır. Rəssamların qəlbindən süzülüb gələn bu rəngli dünya təkcə göz oxşamır, həm də insanların duyğularına toxunur, yaddaşı oyadır.

İşğaldan azad olunan torpaqlara həyat yenidən qayıdır. Bu, təkcə binaların inşasında, infrastrukturun yaradılmasında deyil – həm də sənətdə, musiqidə, ədəbiyyatda, rənglərdə, fırça izlərində hiss olunur. Bu həyatın rənglərində Qarabağın övladlarının sevgisi, zəhməti, sədaqəti və sənətkarlığı var.

Bir sözlə, artıq Laçın təkcə mədəniyyətin deyil, həm də azad ruhun paytaxtına çevrilir. Bu torpaq yalnız keçmişi deyil, gələcəyi də rəngləndirir - işıqlarla, ümidlərlə...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri