Icma.az
close
up
RU
Mehdiyev işi ilə bağlı mühüm gedişat: daha bir məşhur hədəfdə Yeni adlar...

Mehdiyev işi ilə bağlı mühüm gedişat: daha bir məşhur hədəfdə Yeni adlar...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri, hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov barəsində cinayət təqibi aparıldığına dair məlumatlar yayılıb. Lakin o, bu iddiaları təkzib edib. Digər tərəfdən, hazırda AMEA-da araşdırmaların aparıldığı barədə xəbərlər də var.

Bu fonda maraqlıdır ki, “Mehdiyev işi” ilə əlaqədar genişmiqyaslı əməliyyatlar başlayıbmı? Araşdırmaların digər dövlət qurumlarını da əhatə etməsi mümkündürmü? 

Globalinfo.az-a danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Ramiz Mehdiyev qalmaqalı ilə bağlı baş verən hadisələrdə həm dindirilən, həm də həbs olunanların sayı artacaq:

“Elton Məmmədovla əlaqədar işdə məni şəxsən təəccübləndirən məqam oldu. Bu qədər ciddi bir məsələdə sadəcə 3 milyon manat mənimsəmə geri qaytarıldı və xəbərdarlıqla kifayətləndilər. Görünür, bu işin üzərinə daha ciddi şəkildə gediləcək. Ehtimal ki, bu prosesdə başqa şəxslərin də adları hallanacaq. Çünki burada çox geniş bir şəbəkədən və olduqca ağır ittihamlardan söhbət gedir”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, bu ittihamlar çərçivəsində dövlət çevrilişinə cəhdin iqtisadi, siyasi, hərbi, hətta media detalı da ola bilər:

“İstintaq və əməliyyat tədbirləri genişləndikcə, yeni adların da üzə çıxması tamamilə mümkündür”.

Hüquqşünas Əkrəm Həsənov xatırladıb ki, Ramiz Mehdiyev 1995-ci ildən etibarən 24 il ərzində Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb:

“Vəzifəsindən azad olunduqdan sonra isə bir neçə il AMEA-ya rəhbərlik edib. Hamıya məlumdur ki, Azərbaycanda real idarəetmə mərkəzi Nazirlər Kabinetindən çox, Prezident Administrasiyasıdır. Kadr siyasəti, dövlət strukturlarında təyinatlar və digər mühüm qərarlar məhz burada formalaşır, ölkə başçısına təqdimatlar da bu qurum vasitəsilə hazırlanır. Heydər Əliyev dövründə də bütün təqdimat sənədlərinin arxasında imzası olan əsas şəxs Ramiz Mehdiyev idi. O, sovet idarəçilik məktəbindən keçmiş, intizamlı və işgüzar bir şəxs kimi tanınırdı”.

Əkrəm Həsənov

Hüquqşünasın sözlərinə görə, illərdir ki, idarəetmədə əksər məsələlər məhz Ramiz Mehdiyevin iştirakı ilə həll olunurdu:

“İndiki rəhbər şəxslər, əsasən, gənc nəslin nümayəndələridir, bu baxımdan fərqli idarəetmə tərzi formalaşıb. Ramiz Mehdiyev isə Azərbaycan dövlət idarəçiliyində elə bir sahə qoymayıb ki, orada təsiri hiss edilməsin. İcra hakimiyyətlərindən tutmuş nazirliklərə, dövlət komitələrinə qədər bir çox strukturlarda onun təyin etdiyi və ya yetişdirdiyi kadrlar çalışıb. Məhkəmə sistemində hakimlərin böyük bir hissəsi də vaxtilə Mehdiyevin dəstəyi ilə təyin olunub. Milli Məclisdə də vəziyyət fərqli deyil. İndiki deputatların əksəriyyəti əvvəlki çağırışlardan qalıb və Ramiz Mehdiyevin “süzgəcindən” keçən şəxslərdir”.

Qeyd edək ki, bundan əvvəl “Qafqazinfo” Elton Məmmədov barəsində cinayət təqibi aparıldığını öyrənib. Sabiq deputat mənimsədiyi 3 milyon manata yaxın vəsaiti büdcəyə qaytardığından məsələ məhkəmə müstəvisinə daşınmayıb. Amma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AMEA-dakı qanun pozuntuları ilə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisinin də dövlətə xəyanət və başqa cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri