Icma.az
close
up
RU
“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? SENSASİYALI TƏFƏRRÜATLAR

“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? SENSASİYALI TƏFƏRRÜATLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə gündəminin əsas mövzularından olan Ramiz Mehdiyev və onun xəyanətkar şəbəkəsi ətrafında müzakirələr səngimir, eyni zamanda “boz kardinal”a açılan cinayət işinin əhatə dairəsi gün keçdikcə genişlənir. Mehdiyevlə əlaqəli adamların siyahısına da mütəmadi şəkildə yeni adlar əlavə olunur. Son olaraq Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun da “boz kardinal”la gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.

"Unikal" bildirir ki, əslində Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara Dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.

İddialar bu yöndədir ki, əvvəllər Mənsimov sadəcə biznes fəaliyyətinə üstünlük verib; lakin bəlli müddətdən sonra o, sahib olduğu böyük kapital sayəsində başgicəllənməsi yaşamağa başlayıb və əlaltından Türkiyədəki müəyyən siyasi dairələrlə qaranlıq münasibətlərə girib. Bu isə onun sonda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə təqsirləndirilməsinə və həbsə atılmasına gətirib çıxarıb.

Həmin vaxt, 2021-ci ildə Mənsimovun azadlığa buraxılması üçün Allahşükür Paşazadənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub yayıldı. Məlum oldu ki, Paşazadə bu məktubu imzalamaq üçün onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı, Azərbaycandakı digər dini icmaların rəhbərlərini belə səfərbər edib.

Bundan xeyli əvvəl isə QMİ rəhbəri ilə “Palmali” sahibinin ailəvi şəkildə yaxın münasibətdə olduqları barədə ölkə mediası bildirmişdi. 2023-cü ildə onun qalmaqallı iş adamı Mənsimovun atasının Bakıda keçirilən “üç” mərasimində iştirak etməsi də deyilənləri təsdiqləyirdi.

İddialar bu yöndədir ki, Mehdiyevlə Mənsimov arasında əlaqələrin qurulmasında da QMİ rəhbəri mühüm rol oynayıb. Bu “üçbucağın (Mehdiyev-Paşazadə-Mənsimov) yaranmasında başlıca faktor isə onların üçünün də Rusiyanın yüksək dairələri ilə yaxşı münasibətləridir. “Boz kardinal”la hər şey aydındır, Mənsimovun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya faktoruna bir qədər yuxarıda toxunmuşduq. Paşazadə isə hələ sovet dövründən Moskvanın etimadını qazanmış, məhz bu səbəblə o zamanlar QMİ rəhbərliyinə gətirilmiş şəxsdir. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib. Həmin il mayın 29-da QMİ-də bununla bağlı təqdimat mərasimində Rusiyanın Azərbaycanda ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilginc fikirlər səsləndirmişdi. Sitat: “Rusiya Prezidentinin Fəxri Fərmanı ölkənin rəsmi mükafatı sayıldığından digər orden və medallara bərabər tutulur. Şeyxülislam həzrətləri həm sovet dövründə, həm də müstəqillikdən sonra Rusiyanın müxtəlif orden və medalları ilə təltif olunub. Lakin bunlar Fəxri Fərmanın əhəmiyyətini azaltmır. Əksinə, bu, bir daha sübut edir ki, Siz qarşıya qoyduğunuz ali məqsədlər uğrunda yenə də əzmlə çalışırsınız və Rusiya dövləti Sizin bu fəaliyyətinizi yüksək dəyərləndirir”.

Bütün bunlar fonunda Şeyxülislamın Azərbaycandakı xəyanətkar şəbəkənin rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı yəqin ki, təəccüblü deyil. Hətta QMİ rəhbərinin deputat qardaşı Cavanşir Paşazadə də bu günlərdə də mediaya açıqlamasında Şeyxin “boz kardinal”la münasibətlərini gizlətməyib.

Onu da deyək ki, 2020-ci ildə o zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu tutan Ramiz Mehdiyevin adına açılan hesabdan ilginc paylaşımlar edilmişdi. Həmin paylaşımlardan bəzilərində Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə çağırışlar yer almışdı. Lakin AMEA-dan həmin günlərdə açıqlama verilərək sözügedən hesabın saxta olduğu bildirilmişdi. Lakin belə görünür, həyatda heç nə təsadüfi baş vermir...

İndiki vəziyyətdə  biz “Mehdiyev işi”ndə ortaya çıxan yeni adlardan və sensasiyalı “üçbucaq”dan bəhs edirik. Bu adları hansı konkret maraqların bir araya gətirdiyi, Türkiyədəki həbsindən sonra biznesmenliklə yanaşı, siyasi perspektivlər barəsində düşündüyünə şübhələr qalmayan Mənsimovun həmin “üçbucağa” niyə daxil edildiyi yəqin ki, zaman keçdikcə daha dəqiq ortaya çıxacaq...

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri