Icma.az
close
up
RU
Mehdiyevin akademik titulu, elmi işləri ləğv edilməlidir! Eks deputat

Mehdiyevin akademik titulu, elmi işləri ləğv edilməlidir! Eks deputat

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Son hadisələr fonunda Ramiz Mehdiyevin Milli Elmər Akademiyasının həqiqi üzvlüyünün ləğvi və ümumiyyətlə, onun elmi titullarının əlindən alınması məsələsi də gündəmə gəlib. Onun elmi işlərinin saxta olduğu bildirilir.

Sabiq deputat, Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü Etibar Əliyev Modern.az-a bildirib ki, qanunla Ramiz Mehdiyevin akademik titulundan məhrum edilməsi mümkündür:

“Çünki belə bir praktika artıq mövcuddur. Əvvəla onu demək istərdim ki, Ramiz Mehdiyevə akademik titulu müdafiə etdiyi doktorluq dissertasiyasına görə verilib. Onun doktorluq dissertasiyası isə sovet ideologiyası ilə bağlı olub. Bu səbəbdən elmlər doktoru adının ləğvi gündəmdə ola bilər. Vaxtilə sabiq səhiyyə naziri Əli İnsanov həbs olunanda onun akademik titulunun ləğv olunması məsələsini Ramiz Mehdiyev qaldırmışdı. Taleyin hökmünə baxın, indi Ramiz Mehdiyevin özünün akademik titulunun ləğvi gündəmdədir”.

E.Əliyev deyib ki, Ramiz Mehdiyevin yaradıcılığı ilə bağlı elmi işlər də ləğv olunmalıdır:

“Ramiz Mehdiyevin təsiri ilə müxtəlif fəlsəfə doktoru, elmlər doktoru işləri müdafiə olunub. Hansı elmi işlərdə Ramiz Mehdiyev və Əli Həsənovdan sitatlar gətirilibsə, həmin elmi işlər də ləğv olunmalıdır. Çünki Ali Attestatasiya Komissiyası o vaxt tələb qoymuşdu ki, elmi işlərdə mütləq Ramiz Mehdiyevdən istinadlar verilməlidir.  Ancaq onun yüksək elmi titulu, akademik adı ləğv olunmalıdır. Və qanunla bu da mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri