Icma.az
close
up
RU
Mehdiyevin yaxını olan eks səfir də Qəbələdə onunla qonşu imiş SENSASİON TƏFƏRRÜAT (VİDEO, FOTO)

Mehdiyevin yaxını olan eks səfir də Qəbələdə onunla qonşu imiş SENSASİON TƏFƏRRÜAT (VİDEO, FOTO)

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, ötən gün Sitat.info saytında Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Qəbələdə yerləşən dəbdəbəli malikanəsi haqqında videosujet yayımlanmışdı. Bu gün Qəbələdə daha bir sabiq məmurun - Azərbaycanın Ukraynadakı keçmiş səfiri və sabiq deputat Elmira Axundovanın dəbdəbəli villasının olması ilə bağlı məlumat əldə etdik. 

Sitat.info xəbər verir ki, dəfələrlə oğlu və özü haqqında qalmaqallı məlumatlarla medianın gündəminə gələn, eyni zamanda Ramiz Mehdiyevə yaxın olduğu bilinən Elmira Axundava da Qəbələnin mərkəzində villa sahibi olan məmurlar sırasındadır. 

İddialara görə, bu villa Elmira Axundovaya Ramiz Mehdiyevin göstərişi ilə inşa olunub, sadiqliyinə və göstərdiyi "xidmətlərə" görə ona hədiyyə edilib. 

Villa 2015-ci ildə tikilib və dizayn baxımından R.Mehdiyevin malikanəsinə oxşayır. E.Axundovanın bu villasının Ramiz Mehdiyevə məxsus villa ilə qonşuluqda olduğu deyilir. 

Elmira Axundova 2016-cı ildə ona hədiyyə olunan bu villanı yarımmilyon manata satmaq istəsə də, sonradan bu fikirindən daşınıb.

Uzun illərdir Ramiz Mehdiyevlə bir yerdə çalışdıqlarını mətbuat üzərindən bəyan edən eks səfir Elmira Axundova sabiq Prezident Administrasiyasının rəhbərini "müasir Azərbaycan fəlsəfə elminin qurucularından biri” adlandırıb.
Onun mətbuatda yayılan fikirlərinə görə, Mehdiyev həm dövlət idarəçiliyində, həm də elmi sahədə böyük xidmətlər göstərib:

“Ramiz müəllim böyük şəxsiyyətdir. Çox təcrübəli, praqmatik və həmişə müasirliyin nəbzini tutan bir insandır". 

Fikrinin davamında Axundova deyir: 
"20 ildir ki, Ramiz müəllimlə birlikdə Əfv Komissiyasının üzvü kimi çalışıram. Onun iş metodunu izləyən bir insan kimi deyə bilərəm ki, Ramiz müəllim böyük təcrübəyə və dərin zəkaya malik bir insandır.
Bəzən beynəlxalq qurumların üzvlərinə cavab verməyə hövsələmizin çatmadığı anlar olub. Amma Ramiz müəllim çox böyük təmkinlə onları dinləyib, önə sürdüyü tutarlı faktlarla heç bir cavabsız sual qoymayıb. Onun yüksək elmi fəaliyyəti xüsusi qeyd edilməlidir. Ötən il Ramiz Mehdiyevin kitabları əsasında esselərimi toplamışam, rəy yazılarımı kitab şəklində çap etdirmişəm. Ramiz müəllim Azərbaycan dövlətçiliyinin qurucularından biridir”, – deyə Elmira Axundova bildirib.

Bu sözləri deyən Axundovanın Qəbələdə milyonlarla manatlıq villası üzə çıxıb. Məlumata görə, Axundovanın mülkü Ramiz Mehdiyevin dəbdəbəli villası ilə eyni istiqamətdə  yerləşir.

Belə görünür ki, Mehdiyevi “dövlətçiliyin simvolu" adlandıran Elmira Axundova da həmin “dövlətçilik fəlsəfəsini” daş-divar və torpaq sahəsində ifadə etməyi üstün tutub.

Sitat.info 

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see126

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see124

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see122

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see121

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri