Icma.az
close
up
RU
Mehdiyevlə bağlı yeni qalmaqal Bu dəfə müsavatçı alimlə Etibar Əliyev üz üzə

Mehdiyevlə bağlı yeni qalmaqal Bu dəfə müsavatçı alimlə Etibar Əliyev üz üzə

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin sabiq deputatı Etibar Əliyev “MediaTürk TV”nin efirində ciddi ittihamlar səsləndirib. O, qeyd edib ki, uzun illər Azərbaycanda siyasi mövzularla bağlı elmi iş yazanlar birmənalı olaraq Ramiz Mehdiyevin kitablarıdan istinad etməliymiş. Bununla bağlı xüsusi göstərişlərin olduğunu dilə gətirən E. Əliyev bu sırada Əli Həsənovun da kitabları barədə göstərişlər olduğunu söyləyib.

Etibar Əliyev qeyd edib ki, hətta özünü qatı Müsavatçı kimi göstərən Bakı Dövlət Universitetinin professoru Sabir Məmmədli də öz elmi işində Ramiz Mehdiyevlə Əli Həsənovun yazılarına istinad edib. 

Əslində çox ciddi və elm aləmi üçün düşündürücü mövzudur. Sabiq deputat bir müddət əvvəl saytımıza müsahibəsində Ramiz Mehdiyevlə Əli Həsənova istinad edilən elmi işlərin ləğvini təklif etmişdi. 
Bəs Sabir Məmmədli necə, iradları qəbul edirmi?
Modern.az məsələ ilə bağlı Sabir Məmmədli ilə əlaqə saxlayıb. 

Saytımıza açıqlamasında o, bildirib ki, Ramiz Mehdiyev də, Əli Həsənov da ona maraqlı deyil, onu elmi faktlar maraqlandırır:
“Əli Həsənovun xarici siyasətlə əlaqədar çox sayda kitabı var. 2005-ci ildən o, Prezident Adminstrasiyasında şöbə müdiri işləyib. Həsənov Prezident İlham Əliyevin dövründə də işləməsinə baxmayaraq, kitablarında Heydər Əliyev, Əbülfəz Elçibəy və hətta Ayaz Mütəllibovun hakimiyyət illərinə aid faktoloji məlumatlar yer alır. Bütün faktoloji məlumatlar onun əlində olub, o da dəqiq ifadə edib. Heydər Əliyevin bütün xarici səfərələrini, başqa ölkələrlə münasibətlərini işıqlandırıb. Faktlardan nə Əli Həsənov, nə Sabir Məmmədli, nə Etibar Əliyev, nə də başqaları qaça bilər. Faktlarla bağlı, əlbəttə, istinad etmişəm. Bu, elmi işdir. Heydər Əliyevin səfəri ilə əlaqədar olaraq, sözsüz, istinad verilib. Heç bir problem yoxdur, heç nədən də çəkinmirəm. 
Üzr istəyirəm, Etibar Əliyev kimilər danışığını bilməyənlərdir. Mən 25 yaşımda Peterburqda fəlsəfə doktoru adını qazanıb, qırmızı diplomla Azərbaycana qayıtmışam. Elmin nə olduğunu hamıdan yaxşı bilirəm. Konkret faktlara, Heydər Əliyevin Fransa, Almaniya səfərləri ilə bağlı istinad etmişəm. YAP və ya müxalifət partiyasının nümayəndəsi olmasından asılı omayaraq, alim alimdir. 

Alimin kitabı cəmiyyət tərəfindən geniş qəbul olunursa, burada heç bir problem görmürəm. Əli Həsənovun kitablarında Azərbaycanın xarici siyasətinə, müstəqillik dövrümüzə aid xeyli faktoqrafik material var. O cümlədən Əülfəz Elçibəyin Helsinki səfəri, ATƏT-lə əlaqəli işlər, ölkəmizin BMT-yə üzvlüyü, Minsk qrupunun yaradılması kimi məsələlər 1992-ci ildə baş verib. Bununla bağlı olaraq, orada Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hökumətin fəaliyyətinə geniş və faktlarla yer ayrılıb. 

Sözsüz, istər Əli Həsənov, istərsə də Sabir Məmmədli yazsın, bu məlumatlar tarixi faktlardır və bunun üstündən keçmək olmaz. İstənilən şəxs bunlara müracit edə, istinad edə bilər”. 
S.Məmmədli vurğuluyıb ki, heç kəs Ramiz Mehdiyev və Əli Həsənova istinad etməklə bağlı ona göstəriş verməyib: “Konkret olaraq, mənə belə bir təklif, söz deyilməyib, qətiyyən elə bir şey olmayıb. Elmi ədəbiyyatın təhlilini verəndə elmi əsərlərin hər birinin incəliklərinə toxunurlar. Bu da elmi işin birbaşa incəliyidir. Kim bunu bacarmırsa, qəbul edə bilmirsə, özündən qabaq alimlərin əsər və kitablarının üstündən xətt çəkirsə, düşünürəm ki, bu, onun elmi zəifliyidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri