Icma.az
close
up
RU
Məhərrəmlikdə toy etmək olar? AÇIQLAMA

Məhərrəmlikdə toy etmək olar? AÇIQLAMA

Icma.az, Milli.az saytına istinadən bildirir.

İyunun 16-da Azərbaycanda Məhərrəm ayı başlayır.

Bu ayın əsas ənənələrindən biri də odur ki, müsəlmanların bir qismi Məhərrəmlikdə toy etmir.

Bəs məhərrəmlikdə toy etmək olarmı?

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır.

"Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır. Bu ay Quranda haram ay hesab olunur. Yəni, bu ayda savaşmaq, qan tökmək olmaz. Peyğəmbər bu ayın əvvəllərində bir neçə gün oruc tutarmış. Ramazan orucu fərz qılındıqdan sonra Aşura orucu sünnət hökmünə keçib. Bir çox hadisələrin də bu ayda baş verdiyi qeyd olunur. Hətta Musa peyğəmbərin Firondan xilas olmasının da bu aya təsadüf etdiyi bildirilir. Lakin Məhərrəm ayında ən yaddaqalan və geniş təsir oyadan hadisə Peyğəmbərin nəvəsi Həzrət Hüseynin Kərbəlada şəhid olmasıdır. Bu hadisədən sonra, müəllifin fikrincə, xüsusilə farslar həmin faciədən xilafət əleyhinə istifadə etməyə başlayıblar. Buna səbəb kimi İmam Hüseynin həyat yoldaşının Sasani şahının qızı olması göstərilir."

İlahiyyatçı qeyd edib ki, beləliklə, yas və matəm adı altında xilafət əleyhinə siyasi təbliğat və etiraz aksiyalarının təşkil edildiyi iddia olunur.

"Fars əsilli Büveyhilərin və erməni vəzirli Fatimilərin Məhərrəm ayından istifadə edərək İmam Hüseynin şəhadətini rəqib tərəfə qarşı fərqli ideoloji xəttə çevirdikləri qeyd edilir. Məhərrəm ayının matəm ayı elan olunması, qara geyinmək, mərsiyələr oxumaq, şüarlar səsləndirmək, bayraq və ələm qaldırmaq kimi ənənələr qədim fars və Sasani adətlərinin davamıdır. Həmin dövrlərdə şahlar üçün də bu formada yas mərasimləri keçirilirdi."

T. İrfan bildirib ki, İslam dinində isə matəm və yasın qəti şəkildə qadağan edildiyi vurğulanır.

"Ölən şəxs üçün yalnız üç gün yas saxlamağın mümkün olduğu bildirilir. Qeyd olunur ki, Həzrət Məhəmməd Peyğəmbərin sağlığında 6 övladı vəfat edib, əmisi Həmzə, əmisi oğlu Cəfər və digər çoxsaylı səhabələr şəhid olublar. Buna baxmayaraq, Peyğəmbər onların heç biri üçün ümumi matəm elan etməyib. Hətta Peyğəmbərin özü vəfat etdikdə belə ona yas və matəm mərasimləri keçirilmədiyi, sonrakı illərdə vəfatının ildönümünün qeyd olunmadığı bildirilir. Müəllif bunu İslamın ruhu ilə əlaqələndirir və qeyd edir ki, İslam insanın ölümdən sonra, xüsusilə də şəhid olduqdan sonra əbədi həyata qovuşduğunu qəbul edir."

İlahiyyatçı vurğulayıb ki, sonrakı dövrlərdə bəzi dairələr İmam Hüseynin şəhadətini ümumi matəm formasına çeviriblər.

"Bu ənənənin Azərbaycan ərazisinə də Səfəvilər dövründə keçdiyi qeyd olunur. Qurana, Peyğəmbərin sünnəsinə və Əhli-beytin mövqeyinə görə Məhərrəm ayı matəm ayı deyil. Bu ayda nikah və nişan mərasimlərinin keçirilməsi ilə bağlı hər hansı qadağa yoxdur. Yalnız İmam Hüseynin faciəvi şəhadətinin xatırlandığı günlərdə musiqili şənliklərin ehtiram əlaməti olaraq təxirə salınmasının etik baxımdan daha uyğun ola biləcəyi qeyd edilir."

T. İrfan qeyd edib ki, İslam dinindəki hökmlər vəhyin tamamlanması və Peyğəmbərin vəfatı ilə yekunlaşıb.

"Kərbəla hadisəsi isə bundan təxminən 50 il sonra baş verib. Buna görə də sonradan baş verən hadisələr əsasında dinə yeni qaydaların əlavə edilməsinin doğru olmadığı bildirilir. Əhli-beyti sevmək Məhərrəm ayında sinə vurmaq və ya baş yarmaq deyil. Əsas olan halal yaşamaq, ibadət etmək, dürüst olmaq və Əhli-beytin əxlaqını örnək götürməkdir.

İlahiyyatçı qeyd edib ki, İslam dinində matəm, yas saxlamaq kimi ibadət, ayin, əmr yoxdur.

"Vaxtilə Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin də tənqid etdiyi feodal molla sinfi bu ərəfədə xalqı istismar edib, nəzir, zəkat, xüms adı ilə vergi toplayıb, ələm gəzdirib pul yığıb. Odur ki, Qurana, İslama qayıdıb bu cür xurafatlardan uzaq olmaq vacibdir. İmam Hüseyni yas, matəmə yad etmək İslama, Qurana, Peyğəmbərin ənənəsinə tamamilə əksdir. Cənnətə gedən şəhid üçün sinə döyüb ağlayaq ki, niyə cənnətə getdi? Bu küfrdür, Allahın qədərinə üsyandır. Ümumiyyətlə Məhərrəm ayı ilə bağlı ənənəvi şəkildə istifadə olunan əməllərin çoxu fars xurafatı, İran mövhumatıdır. Çünki oradan başqa heç bir müsəlman ölkəsində Məhərrəm ayında nikah, evlilik edib etməmək mübahisə mövzusu deyil. Sabun işlətmək, çimmək, saça xına qoymaq olmaz deyirlər. Təəssüf ki, əhali arasında da bu xurafatları yayanlar var. Belə şeylər İmam Hüseynin ali amalına, şəhadət məqamına yaraşmayan, əksinə onu hörmətdən salmağa hesablanan cahiliyyət əməlləridir", - deyə ilahiyyatçı qeyd edib.

Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri