Icma.az
close
up
RU
Məhkəmə Arzum un arzusunu ürəyində qoydu VİDEO

Məhkəmə Arzum un arzusunu ürəyində qoydu VİDEO

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Avtomobil qəzası zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib.

Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşmazlıqlara müstəntiq aydınlıq gətirib.

Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən anlaşmazlıqların olduğunu deyiblər.

Buna görə də vəkil Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra protokollara əlavə edilmiş hal şahidlərinin ifadələri ilə bağlı təqsirləndirilənin vəkili Fərid Həsənov vəsatət verərək hadisə baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub-olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı bloqer "Arzum" barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

https://t.me/oxuaze/185638

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri