Məhkəmə “Azroşen”in pulunu məsimsəyən eks meneceri ilə bağlı qərarı açıqladı
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Xasay Səfərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Xasay Səfərov “Azroşen” MMC-nin satış üzrə menecer vəzifəsində işləyib. O, 2022-ci ildə qaimə fakturaları əsasında Beyləqan, Füzuli və Zərdab rayonlarında fəaliyyət göstərən ticarət subyektlərindən qəbul etdiyi sifarişlər əsasında Cəmiyyətə məxsus Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən anbardan satış üçün tam maddi məsuliyyətinə götürdüyü qənnadı məhsullarını satıb və 14 285 manat pulu mənimsəyib.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Xasay Səfərov 1 il 5 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan “Azroşen” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.
Kamal Məmmədov


