Icma.az
close
up
RU
Məhkəmə banka borclu olmadığı haqda qərar çıxardı, icraçılar məcburi qaydada pul ödətdirdilər ŞİKAYƏT

Məhkəmə banka borclu olmadığı haqda qərar çıxardı, icraçılar məcburi qaydada pul ödətdirdilər ŞİKAYƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir şəhər sakini Cəfərov Mübariz Fərman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ədliyyə Nazirliyi tərəfindən haqsızlıqla qarşılaşır: 

“Mən, Cəfərov Mübariz Fərman oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2013 və ya 2014-cü ildə Ucar rayon Əlikənd kənd sakini, qaynım Zamanov Şöhrət Miri oğlu Mingəçevir şəhərində fəaliyyət göstərən “Unibank”dan 2000 dollar məbləğində kredit götürmüşdür. Qaynım olduğu üçün ona zamin durmuşam. 2015-ci ildə devalvasiya ilə əlaqədar pulu vaxtında tam ödəyə bilməmişdir.

07.11.2016-cı il tarixdə pul ödənilmiş və Ucar Rayon Məhkəməsinin 2(063)-1472 nömrəli 07.11.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar verilmişdir. Bank isə bizə məlum olmayan əsaslarla Zamanov Şöhrət Miri oğlunu yenidən "borclu şəxs" kimi göstərmişdir. Məhkəmə də Zamanov Şöhrət Miri oğluna 812.5 dollar və 20 manat xidmət haqqı ödənilməsi barədə xəbərdarlıq göndərmişdir. Əldə olan qərarı göstərdikdən sonra bir müddət durğunluq olmuşdur.

19.02.2025-ci il tarixdən Mingəçevir şəhər probasiya xidmətindən mənə xəbərdarlıq göndərildi ki, Zamanov Şöhrət Miri oğlunun borcunu sən ödəməlisən, əks təqdirdə əmlakınız müsadirə olunacaq, ölkədən kənara cıxa bilməyəcəksiniz. Ucar Rayon Məhkəməsinin xitam verilmiş qərarını probasia xidmətinə göstərdim. Mingəcevir probasiya xidmətində Ruqiyyə Şərifova bildirdi ki, bu qərar bu borca aid deyil. Bankla əlaqə saxladı, Ramin adlı şəxs bildirdi ki, Zamanov Şöhrət Miri oğlunun 255 dollar, yəni 341 manat borcu qalıb. Probasiya xidməti isə onlara əlavə olaraq 96 manat pul keçirəcəyimizi bildirdi.

Mən Ruqiyyə Şərifova adlı xanıma öz etirazımı bildirdim. Nə əsasla 431 manata qarşı 96 manat tələb etdiyini soruşdum. O isə bildirdi ki, məhkəmə 812,5 dollara qərar verib, biz onu əsas götürürük.

Beləliklə, maşınıma stop qoydular. Ödəniş tam bitəndən sonra maşını götürə biləcəyimi dedilər.

Məhkəmin qərarı olduğu halda 532 manat pul ödəmişəm. İcra məmuru 98 manat pulu isə icra xidmətinə çıxdı. Ruqiyyə Şərifova məhkəmənin qərarını saymadı.

Qeyd edim ki, 2 övladım 44 günlük Qarabağ müharibəsinin iştirakçısdır. Cənab prezidentimiz, Ali baş komandan İlham Əliyev tərəfindən medallarla təltif olunublar. Böyük oğlumun 3 medalı, kiçik oğlumun isə 2 medalı var.

Devalvasiya ilə bağlı Prezidnet o vaxt qərar vermişdi ki, vətəndaşların ödədiyi artıq pullar geri qaytarılsın. Heç onu da bizə qaytarmadılar. İndi də borclu şəxs qalıb bir qıraqda, zamin duran adamı sıxışdırırlar. Pul götürən şəxs də arxayın oturub evində ki, əlimdə məhkəmənin qərarı var. Arada qalan, əmlakına stop qoyulan isə mənəm.

Bu qədər də olmaz axı? Hazırda mən ölkəni tərk edə bilmirəm, əmlakıma stop qoyublar. Xahiş edirəm, səlahiyyətli qurumlar bununla bağlı tədbir görsünlər". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dəc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri