Məhkəmə bu gün Köçəryanla bağlı qərar verəcək
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ötən gün Ermənistanın ikinci prezidenti Robert Köçəryanın işi üzrə vəsatətə baxılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, proses təxminən 12 saat davam edib və sonda hakim müşavirə otağına gedib.
Müdafiə tərəfi eks-prezident barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
İstintaq orqanı isə Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmənin qərarının saat 17:30-da elan olunacağı bildirilib.
Robert Köçəryan 2018-ci ildən indiyədək konstitusiya quruluşunu devirmək ittihamı ilə üç dəfə həbs olunub.
Bu dəfə isə Ermənistanın ikinci prezidentinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb.
Eyni ittihamlarla onun böyük oğlu Sedrak Köçəryann da həbs edilib.
Robert Köçəryanla bağlı cinayət işində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın da adı keçir. Lakin onun barəsində ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















