Icma.az
close
up
RU
Məhkəmə bu gün özəlləşdirmə çekləri ilə bağlı qərar verməlidir... QAZİLƏR PREZİDENTƏN KÖMƏK İSTƏYİR

Məhkəmə bu gün özəlləşdirmə çekləri ilə bağlı qərar verməlidir... QAZİLƏR PREZİDENTƏN KÖMƏK İSTƏYİR

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsinə qərar verildikdə hər bir vətəndaşın onlara verilən və əldə etdikləri çeklərlə bu prosesdə iştirakı nəzərdə tutulurdu. Həmin çeklər ailə üzvlərinin sayına görə verilirdi. Bəzi ailələr aldıqları çekləri yatırımlar üçün istifadə edə bildi. Bəziləri isə, əvvəllər “28 may” stansiyası ərazisində “qara bazar” deyilən yerdə dəyər-dəyməzinə sataraq, müəyyən qədər vəsait əldə etdi. Bir qrup vətəndaş da bu çeklərin nə zamansa dəyərə minəcəyi ümidi ilə onları saxlamağa davam etdi. Bu səbəbdən də, hazırda özəlləşdirmə çekləri istifadəsiz qalmış minlərlə vətəndaş var.

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)-nin məlumatına görə, dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılmışdı. Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

Hurriyyet.az xəbər verir ki, bir neçə gün bundan qabaq Bakı inzibati məhkəməsində özəlləşdirmə çekləri ilə bağlı məhkəmə prosesi olub. Prosesdən qabaq Birinci Qarabağ müharibəsinin qazisi Elşən Əhmədzadə saytımıza bildirdi ki, məhkəmənin ədalətli qərar verəcəyini gözləyirlər.

Səhmdarların içərisində 2-ci Qarabağ qaziləri də az deyil. Qazi İsmayılov Əlimusa Əli oğlu 3-cu qrup əlil olduğunu və haqqını tələb etdiyini bildirdi. O da məhkəmədən ədalətli qərar gözlədiyini dedi.

2-ci Qarabağ qazisi, 3-cu qrup əlil Tağıyev Aslan Varis oğlu da söylədi ki, əlində müəyyən qədər çeki qalır və onların “batmasını” istəmir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək haqqlarını tələb edən qazilər, rəsmi qurumların onların səsinə səs verməsini istəyirlər. “Ümid edirik ki, prezident səsimizi eşidib, bizim xeyrimizə qərar verilməsi üçün tapşırıq verəcək”, - deyə qazilər bildirib.

1 Qarabağ veteranı Rüstəmov Mübariz Əli oğlu da bildirir ki, məhkəmədən ədalətli qərar gözləyir: “Vaxtılə orduda olduğuma görə, həmin səhmlərdən istifadə edə bilmədim. İndi isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edərək, xahiş edirəm kİ, bizim səhmlərin pulunun ödənilməsi üçün göstəriş versin, yaxud da bizə düşən o paylar qaytarılsın.

Vaxtilə bəzi şirkətlər bu səhmləri yığıb yatırım edib, sahibkarlıq işi açırdılar. O zaman biz hərbçi olduğumuz üçün fikirləşmirdik ki, bu çeklər nə vaxtsa yararsız olar”.

Güləhmədzadə Fərman İsmayıl oğlu da digər vətəndaşların sözlərinə qoşularaq, Prezidentdən səslərinə səs verməsini xahiş edir: “Biz sakinlər xahiş edirik ki, səhmlərimiz qiymətləndirilsin”.

Bakı şəhər sakini Hidayətzadə Sənubər İsmayıl qızı da vurğuladı ki, əlində hazırda 2 səhmi var: “1997-ci ildə verilən səhmlərin qiymətləndirilməsini istəyirik. Bu çeklər dəyərləndirilsə, oğlum üçün iş qurmaq istəyirəm”.

Söhbətin maraqlı yerində vəkillərdən biri gəlib insanlara bildirdi ki, məhkəmə 6 dekabr saat 16:30-a (bu günə - red.) təxirə düşüb. O dedi ki, hər birinizin bura gəlməsinə ehtiyac yoxdur, öz yaşadığınız yerdə də inzibati məhkəməyə müraciət edə bilərsiniz.

Məhkəmə prosesində iştirak edən Axundov Tahir Sərxan oğlu dedi ki, məhkəmənin təxirə salınmasına səbəb hakimin şikayətə gələn hər kəsi dinləmək istəyidir: “Adam çox, vaxt az olduğu üçün prosesi digər vaxta dəyişdilər. Biz iddia qaldırmışıq, inşallah, müraciətimiz nəticəsiz qalmaz. Həmçinin, Tahir bəy bildirib ki, ömrü çatsa, özü istifadə edəcək, çatmasa isə nəvələrinə verəcək”.

Bəxtiyarova Şamama İsa qızı isə dedi ki, ev almaq istəyir, nə özünün, nə də uşaqlarının evi yoxdur”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri