Icma.az
close
up
RU
Məhkəmə DSMF nin 400 minlik dələduzluq edən eks əməkdaşı ilə bağlı qərar verdi

Məhkəmə DSMF nin 400 minlik dələduzluq edən eks əməkdaşı ilə bağlı qərar verdi

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Bakı Apellyasiya Məhkəməsində vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan İlahə Əhmədovanın barəsindəki verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Qeyd: Təqsirləndirilən şəxs bir necə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl-zinyət əşyaları almaqla dələduzluq edib.

Lyibova Bokovva, Şahin Əliyev, Nailə Əliyeva, Svetlana Şamoylpva, Gülnara Atayeva, Həmzə Xəlilov, Sergey Uryipin, Klara Məmmədova, Marina Yakunkaya, Emiliya Abdullayeva, Hüseyn Əliyev, Aleksey Ryazanov, Gülxanım Aslanova, Tahir İsgəndərov zərərçəkmiş qismində tanınıb.

Ümumilikdə ziyan 400 min manata yaxındır.

İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, əvvəllər Əmək və Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində işləyib, Pirallahı rayonu yaradıldıqdan sonra Sosial Müdafiə Fondunun Pirallahı şöbəsində məsləhətçi mütəxəssis vəzifəsində çalışıb. İşlədiyi dövrdə Xəzər rayonunda və başqa yerlərdə yaşayan tanışları üçün pensiya məbləğinin artırılması və ya pensiya təyin olunması məqsədi ilə müxtəlif miqdarlarda pullar alıb. Lakin onların işlərini sistemdə baş verən dəyişikliklərlə əlaqədar həll edə bilməyib.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 İyul 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see163

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see130

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see127

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see120

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see119

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see119

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see119

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see118

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see117

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see117

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see117

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see117

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see115

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see115

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see114

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see113

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see113

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see112

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see111

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri