Icma.az
close
up
RU
Hormon pozğunluğu tüklənməyə səbəb ola bilər DİQQƏT

Hormon pozğunluğu tüklənməyə səbəb ola bilər DİQQƏT

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Qadınlarda tüklənmə problemləri adətən hormonal pozğunluqlarla əlaqələndirilir. Cəmiyyət daxilində qadınların 5-10 faizində hormonal pozğunluqlar müşahidə olunur. Hiperandrogenemi adlanan vəziyyətdə kişi hormonlarının artması nəticəsində tüklənmə, sızanaq, dəridə yağlanma və menstruasiya pozğunluqları baş verə bilər.


Pravda.az bildirir ki, yüngül hallarda tüklənmə problemi lokal üsullarla aradan qaldırıla bilər. Lakin geniş və ağır hallarda bu, utanma hissi, narahatlıq və hətta depressiyaya səbəb ola bilər. Belə qadınlar sosial mühitdən uzaqlaşa bilərlər. Bu səbəbdən problemin səbəbi müəyyənləşdirilməli və uyğun müalicə planı hazırlanmalıdır.


Tüklənmə necə təsnif edilir?


Yeni doğulan körpələrdə görünən lanugo və ya vellus adlanan incə tüklər zamanla yox olur. "Hipertrikozis" adlanan və əsasən qollarda və ayaqlarda rast gəlinən tüklənmə isə daha çox genetik xarakter daşıyır. Üzdə rast gəlinən, androgenə həssas olmayan nazik tüklər isə lokal üsullarla təmizlənə bilər.


Tüklənmə bəzi xəstəliklərin əlaməti ola bilərmi?


Bəzi xəstəliklərdə, xüsusilə hipertrikozis kimi hallarda tüklənmə artışı müşahidə edilə bilər. Bu vəziyyət porfiriya, qidalanma pozğunluqları, anoreksiya və bəzi dərmanların istifadəsi ilə də əlaqəli ola bilər.
 

Tüklənmə problemi necə dəyərləndirilir?


Ətraflı anamnez alınmalı, problemin nə vaxt başladığı və sürətli artım olub-olmadığı müəyyənləşdirilməlidir. Menstruasiya pozğunluğu, çəki artımı və istifadə olunan dərmanlar da nəzərə alınmalıdır. Ailədə bu cür halların olub-olmaması da araşdırılmalıdır.


Diaqnoz necə qoyulur?


Müayinə zamanı fiziki baxış və pelvik USM edilir. Tüklənmənin dərəcəsi Ferriman-Gallwey (FG) skorlaması ilə qiymətləndirilir. Skorlama bədən üzrə 9 hormon-həssas bölgədəki tüklərə əsaslanır və 0-4 bal arası verilir.


Əsas səbəblər nələrdir?


Qadınlarda tüklənmə artımının 75-80%-i polikistik over sindromu ilə bağlıdır. Bu qadınlarda ultrasəsdə çoxsaylı kiçik kistlər müşahidə edilir. Digər səbəblər arasında idiopatik hallar, Cushing xəstəliyi, akromeqaliya, konjenital adrenal hiperplaziya və bəzən yumurtalıq və böyrəküstü vəz şişləri yer alır.


Müalicə üsulları nələrdir?


Əgər menstruasiya pozğunluğu müşahidə edilirsə və pasiyent hamiləlik planlamırsa, oral kontraseptivlərlə hormonal balans tənzimlənə bilər. Müalicə 6 aydan artıq davam edə bilər. Ağırlıq dərəcəsi yüksək olan hallarda isə antiandrogen dərmanlar da müalicəyə əlavə oluna bilər.


Mütəxəssislər bu hallarda çəkinmədən həkimə müraciət etməyi, erkən diaqnoz və müalicəyə başlanmağın vacibliyini vurğulayır.
Əminə Bayramova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:22
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see174

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see137

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see130

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see128

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see127

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see127

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see126

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see123

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see123

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see122

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see122

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see122

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see121

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see121

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see120

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see119

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see118

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see117

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see117

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri