Icma.az
close
up
RU
“Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar”

“Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra məhkəmə-hüquq islahatlarının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının  Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin  hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze çıxış ediblər.  Açılış mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyev də iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və ictimai etimadın qorunması gələcək fəaliyyətin əsas prioritetlərini təşkil edir: "Bu, davamlı və mərhələli şəkildə aparılmalı olan prosesdir. Dünya inkişaf etdikcə qarşımıza yeni çağırış və tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək. Süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli aparmaq üçün böyük imkanlar yaradacaq".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında bildirib ki, bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur: “2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxış edir", - deyə Fuad Ələsgərov vurğulayıb. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bildirib ki, son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib: "Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı öz aktuallığını saxlamaqdadır”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov  qeyd edib ki, Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. “Mən vaxtilə Məhkəmə-Hüquq Şurasının üzvü olmuşam. Deyə bilərəm ki, məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur", - deyə Ziyafət Əsgərov bildirib. 

Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə islahatlarının uğurla inkişafı, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, xüsusilə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi hər birimizi sevindirir. 

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze vurğulayıb ki, Məhkəmə şuraları məhkəmələrin gərəksiz təzyiqlərdən asılı olmadan müstəqil fəaliyyət göstərmələrinə təkan verir. 

Açılış mərasiminin sonunda Konstitusiya Məhkəməsinin  hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Beynəlxalq konfrans işini panel sessiyalarla davam etdirib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see548

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see353

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see295

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see293

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see267

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see259

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see244

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see231

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see215

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see213

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see206

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see204

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see197

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see184

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see182

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see181

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see177

Sirr kimi saxlayırdılar, amma... Görüntüləri yayıldı ŞOK FOTO

04 Avqust 2026 16:48see174

Anar Babayev Naxçıvanın icra başçısı oldu

04 Avqust 2026 12:54see172

Tokayev Paşinyanı təbrik etdi: Ermənistanla bağlı mesaj verdi

04 Avqust 2026 14:14see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri