Icma.az
close
up
RU
Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” mövzusunda müzakirələr təşkil olunub

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” mövzusunda müzakirələr təşkil olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Bakıda keçirilən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” adlı ikinci panel sessiya ilə öz işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, ikinci sessiya Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin moderatorluğu ilə keçirilib.

Panel sessiyada Albaniya Respublikasının Ali Məhkəmə Şurasının sədri İlir Rusi “Albaniya məhkəmə sisteminin idarə edilməsində Ali Məhkəmə Şurasının çətinlikləri” mövzusunda çıxış edib. O bildirib ki, bu cür beynəlxalq tədbirlər təcrübələrin paylaşılması baxımından çox əhəmiyyətlidir: “Albaniyada əsas ədliyyə islahatlarından 17 il keçir. Albaniyanın Ali Məhkəmə Şurası bir sıra normativ hüquqi aktlar hazırlayıb. Biz potensialın genişləndirilməsi və müasir, rəqəmsallaşmış, səmərəli idarətmənin yaradılması üzərində işləyirik. Albaniyada apellyasiya məhkəmələrində iş yükü artır. Bu da hakimlərin sayının yetəri qədər olmamasından irəli gəlir. Hesab edirəm ki, uzun müddət aparılan işlərdən sonra məhkəmə sistemində şəffaflıq daha da artırılacaq”.

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Beqaliyev “Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasının əsas fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib. O deyib ki, Qazaxıstan Məhkəmə Şurasının əsas rolu məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək, hakimlərin seçimi zamanı şəffaflığı qorumaq və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına töhfə verməkdir. “Qazaxıstanda yeni təyin olunan hakimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi müddəti uzadılaraq üç ilə çatdırılıb. Hakimlərin intizam məsuliyyətinin təmin olunması məqsədilə yeni mexanizmlər tətbiq edilib. Ağır qanun pozuntusu törədən hakimlərin məsuliyyətə cəlb olunması üçün yuxarı instansiya məhkəmələrinin qərarları əsasında yeni mexanizm hazırlanıb. Müdafiə vəkillərinin intizam proseslərində iştirakı və bu proseslərin hüquqi təminat altına alınması ilə bağlı dəyişikliklər qəbul edilib. Hakimlərin bəzi fəaliyyət növlərində iştirakına dair qanunvericilikdə konkret qadağalar müəyyən olunub. Bu tədbirlər Qazaxıstanda məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirmək və ədalət sisteminin səmərəliliyini artırmaq məqsədi daşıyır”, - deyə o diqqətə çatdırıb.

Slovakiya Respublikasının Məhkəmə Şurasının üzvü Dana Jelinkova Dudzikova “Slovakiya Respublikasının Məhkəmə-Hüquq Şurası – yeni çağırışların müasir dünyada icrası; texnoloji, sosial, kommunikasiya və qanunvericilik problemləri” mövzusunda çıxış edərək bildirib ki, qanunun aliliyi sərhəd tanımır: “Dövlətin bu qolunda hər hansı uğursuzluq digər sahələrə də təsir edə bilər. Slovakiyada 1300 hakim fəaliyyət göstərir. Bizim ölkədə hakim olmaq çətindir. Slovakiyada 4-5 dəfə imtahan vermədən hakim olmaq məsələsi qeydə alınıb. Bu, nadir hallarda baş verən təyinatdır. Məhkəmə Şurası 18 üzvdən ibarətdir. Bizim Məhkəmə Hüquq Şurasında güclü səriştə mövcuddur”.

Çin Xalq Respublikasının Pekin Ali Xalq Məhkəməsinin Mühakimə Komitəsinin daimi üzvü Chang Nongrong “Çin məhkəmələrində məhkəmə administrasiyasının islahatı və inkişafı” mövzusunda çıxış edib. O qeyd edib ki, Çində məhkəmələr dörd səviyyəyə bölünür. “Ölkədə 3 mindən çox məhkəmə var. Pekində ümumilikdə 24 məhkəmə mövcuddur. Hakimlərin peşəkarlığını təmin etmək üçün məhkəmədə kvota sxemi yaradılıb. Ölkə üzrə 128 min hakim fəaliyyət göstərir. Müasir texnologiyaların tətbiqi məhkəmə inzibatçılığı üçün mühüm sistemə çevrilib. Çində ağıllı məhkəmələr qurulub, onlayn iddiaların qəbulu prosesi yaradılıb. Pekin şəhərində onlayn məhkəmə sistemi qurulub. Çin məhkəmələri bundan sonra da islahatları qətiyyətlə davam etdirəcək”, - deyə Chang Nongrong bildirib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının sabiq rəhbəri Ramin Qaraqurbanlı “Müqayisəli perspektivdə məhkəmə şuraları: Avropada modellər” mövzusinda çıxış edib. O deyib ki, ölkəmizdə 20 il öncə məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin müdafiəsi ilə bağlı məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan yaradılıb. "Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində uğurla apardığı mütərəqqi islahatlar və Məhkəmə-Hüquq Şurasının rəhbərliyinin müasir yanaşması nəticəsində Azərbaycanda müstəqil şuranın təşəkkülü və inkişafına yeni nəfəs verilib. İcra hakimiyyətindən məhkəmə sisteminə aid yeni səlahiyyətlərin Məhkəmə Hüquq Şurasına ötürülməsi bu qurumun müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacağına tarixi zəmin yaradıb. Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatına görə, Avropa məkanında məhkəmə şuralarının sayının xeyli artması və onların işində mərkəzi icra hakimiyyəti orqanlarının iştirakının məhdudlaşdırılması tendensiyası müşahidə olunur. Aparılmış müqayisəli təhlilə görə, Avropa ölkələrinin əksəriyyətində, yəni 84 faizində artıq məhkəmə şuraları mövcuddur. Yeddi ölkədə isə şura yaradılmayıb. Həmin ölkələrdə məhkəmə hüquq şuralarının səlahiyyətlərini hakimiyyətin başqa qollarına aid olan digər qurumlar həyata keçirir", - deyə Ramin Qaraqurbanlı qeyd edib.

Müzakirələrdən sonra panel sessiya işini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri