Icma.az
close
up
RU
Məhkəmə liseyin həbs edilən keçmiş direktoru ilə bağlı qərarı ləğv etdi

Məhkəmə liseyin həbs edilən keçmiş direktoru ilə bağlı qərarı ləğv etdi

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmədə Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
 

İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69 418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.


T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.
Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see191

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see173

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see166

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri