Məhkəmə maşın yandıran yeniyetmələri ağır cəzaya məhkum etdi VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Moskvanın Doroqomilovski məhkəməsi paytaxtın qərbində avtomobili yandıran 16 yaşlı iki yeniyetmənin hər birini 140 saat ictimai işlərə və 9 milyon rubl (indiki məzənnə ilə 157500 manat) təzminat ödəməyə məhkum edib.
Avtosfer.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun teleqram kanalında məlumat verilib.
Bildirilir ki, ötən il iyunun 20-də Bolşaya Filevskaya küçəsində iki məktəbli park edilmiş “BMW” markalı avtomobilin üzərinə yanar maye tökərək yandırıb. Yanğın yaxınlıqdakı digər iki avtomobilə də keçib.
Hadisədən sonra hər iki məktəbli müşahidə kamerasının köməkliyi ilə polis tərəfindən saxlanılıb.
Onlar avtomobil sahiblərinə ümumilikdə 18 milyon rubl (315000 manat)zərər vurublar.
Məhkəmə qarşısına çıxarılan yeniyetmələr özgənin əmlakını qəsdən yandırma yolu ilə zərər vurma maddəsi ilə təqsirli biliniblər və onlar günahlarını etiraf ediblər.
Namiq Musayev
Baxış sayı:73
Bu xəbər 09 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















