Icma.az
close
up
RU
Nazirlik işçisi olmuş terrorçu ağır cəzaya məhkum edildi

Nazirlik işçisi olmuş terrorçu ağır cəzaya məhkum edildi

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Dövlət və ictimai-siyasi xadimlərə sui-qəsd planlaşdırmaqda və başqa ağır cinayətlərdə ittiham olunan Elşən Nəcəfovun məhkəmə araşdırması başa çatıb.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, Elşən Nəcəfova verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin səs yazıları, şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən E.Nəcəfov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Müttəhim son sözlə qapalı məhkəmə iclasında çıxış etmək istədiyini bildirib və xahişi qəbul edilərək prosesin son mərhələsi qapalı keçirilib.

Qeyd edək ki, 40 yaşlı Elşən 12 il Elm və Təhsil Nazirliyində işləyib, nazirliyin dəftərxana şöbəsinin baş məsləhətçisi olub.

Elşən ictimai tədbirlər zamanı xarici dövlət rəsmilərinə və Azərbaycanın dövlət, ictimai-siyasi xadimlərinə qarşı terror aktı törətməyə hazırlaşmaqda ittiham olunub. İstintaq zamanı onun bu niyyətini təsdiqləyən səs yazıları aşkar edilib. Həmin yazılarda Nəcəfov əlbir olduğu şəxsə hücum planları barədə məlumat verir.

O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə Elm və Təhsil Nazirliyində iş otağına baxış keçirilib, xidməti kompüterində axtarış aparılıb.

E.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönəlmiş təkrar açıq çağırışlar) və 167-3.1-ci (dini ekstremist materialların hazırlanması, yayılması və ya saxlanması) maddələri ilə yekun ittiham elan edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri