Məhkəmə qadının evindən oğurluq edən xadimə ilə bağlı qərar verdi
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Mahirə Qafarovanın (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Mahirə Qafarova 4 nömrəli Vərəm Dispanserində növbəli şəkildə xadimə işləyib. O, 2023-cü ilin noyabr ayından dekabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda xadimə işlədiyi zərərçəkmiş Nairə Səmədovanın (ad, soyadı şərtidir) yaşadığı mənzildə heç kimin olmadığı şəraitdə yataq otağından ümumilikdə 76 300 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov


