Icma.az
close
up
RU
BMqT qanunsuz miqrantların ABŞ ı könüllü tərk etməsinə köməklik göstərir

BMqT qanunsuz miqrantların ABŞ ı könüllü tərk etməsinə köməklik göstərir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

Birləşmiş Ştatlar Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) öz ölkələrinə qayıtmağı seçən sənədsiz miqrantlara yardım göstərməyi xahiş edib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMqT ABŞ-ı tərk etmək qərarına gələnlər üçün deportasiya deyil, Könüllü Geri Dönüşü (AVR) dəstəklədiyini bəyan edib.

ABŞ hökumətinin tələbi ilə BMqT qeydiyyatdan keçən insanlara könüllü olaraq öz ölkələrinə qayıtmaqda kömək edir. Təşkilatın nümayəndəsi qeyd edib: “AVR miqrantlara mürəkkəb qlobal miqrasiya sistemlərində naviqasiyaya, öz həyatları üzərində nəzarəti bərpa etməyə və məlumatlı seçimlərə kömək edən köklü, hüquqa əsaslanan yanaşmadır”.

BMqT təhlükəsiz, ləyaqətli qayıdışla bağlı qeyd edib: “Bizim rolumuz təkbaşına geri qayıtmaq imkanı olmayanların bunu təhlükəsiz, ləyaqətli və məlumatlı şəkildə edə bilməsini təmin etməkdir”.

Təşkilat açıq şəkildə bildirib ki, ABŞ miqrasiya ilə bağlı siyasətini özü müəyyən edir. “BMqT deportasiyanı asanlaşdırmır və ya həyata keçirmir. Bizim iştirakımız yalnız fərdin yardım almaq üçün məlumatlı razılıq verməsindən sonra başlayır. Bu hallarda BMqT insanların beynəlxalq standartlara uyğun olaraq dəqiq məlumat və əsas xidmətlərə çıxışını təmin edir”.

Elan ABŞ Prezidenti Donald Trampın təxminən 10 il əvvəl ilk prezidentliyi dövründə başladığı siyasəti davam etdirərək sənədsiz miqrantların deportasiyasını genişləndirməyə çalışdığı bir vaxtda verilir.

BMqT, həmçinin qeyd edib ki, ABŞ-da bir çox miqrant çətin bir reallıqla üzləşir. “Bizim vəzifəmiz məhdud seçim və resurslara malik mürəkkəb sistemlərdə öz ölkəsinə geri qayıtmağı seçənlərə dəstək vermək, onlara qayğı və aydınlıqla həyatı dəyişdirən qərar qəbul etməyə kömək etməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri