Icma.az
close
up
RU
Məhkəmə qərarları barədə məlumat üç gün ərzində yeni informasiya sisteminə göndəriləcək

Məhkəmə qərarları barədə məlumat üç gün ərzində yeni informasiya sisteminə göndəriləcək

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məhkəmə qərarları barədə məlumat üç gün ərzində "İcmal" sisteminə göndəriləcək.

Oxu.Az xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan üç gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, habelə həmin qərar barədə məlumatı "İcmal" informasiya sisteminə göndərəcək. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya prokuror həmin qərar daxil olduğu vaxtdan üç gün müddətində bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulan məlumatları müvafiq olaraq səlahiyyətli orqanın informasiya sisteminə və ya "Elektron prokurorluq" informasiya sisteminə yerləşdirəcək.

Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs məhkəmə tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq məlumatlandırılacaq.

Bundan başqa, inzibati tənbeh vermə haqqında elektron qərar təsdiqlənməzdən əvvəl "İcmal" informasiya sisteminə ötürüləcək.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə olunur.

Belə ki, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün "İcmal" informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndəriləcək.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see408

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see265

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see161

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see156

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see154

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see151

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see145

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri