Icma.az
close
up
RU
Məhkəmə rəfiqəsinə qarşı dələduzluq edən qadının cəzasını azaltdı

Məhkəmə rəfiqəsinə qarşı dələduzluq edən qadının cəzasını azaltdı

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Rəna Yusifovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 04 oktyabr tarixli hökmü Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Rəna Yusifova barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 3 iyun tarixli qərarı cəzaya aid hissədə dəyişdirilib. Qadın təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

İttihama görə, Rəna Yusifova rəfiqəsi, zərərçəkmiş Pakizə Quliyevanın 2014-cü ildə  “Şərur” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Xətai rayonu G.Şixlinski küçəsi yerləşən yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan mənzili 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında alıb. Sonra zərərçəkmiş şəxsin Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədləri, yəni etibarnamə və Pakizə Quliyeva ilə MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaqla aralarında etibarlı münasibət olduğundan saxlayıb. Daha sonra Rəna Yusifova Pakizə Quliyevanın mülkiyyətində olan həmin əmlakı zərərçəkmişin icazəsi və razılığı olmadan 65000 manata sataraq pulları dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, 2014-cü ilin avqust ayında Pakizə Quliyevanı aldadaq yenidən ondan 4 000 manat pul alıb.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 İyun 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see176

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see147

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see137

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see133

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see127

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see124

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see118

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see117

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see116

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see115

Bazar gününün HAVASI

21 İyun 2025 14:17see114

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see114

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri