Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Yəhudi açarı, Amerika qapısı: İsrailin görünməyən gücü

Yəhudi açarı, Amerika qapısı: İsrailin görünməyən gücü

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan İrana görə İsraildən keçərmi?

Yadınızdadırsa, Donald Tramp Milad təbrikində Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandırdı və bəyan etdi ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.

Cənab Trampın Panama kanalı və Qrenlandiyaya müştəri gözü ilə baxması da köhnə xəbərdir.

Əslində isə ABŞ-ın 51-ci ştatı İsraildir. Heç də təsadüfi deyil ki, bu məsələ dəfələrlə İsrail mediasında müzakirə olunub. Yəhudilərin çoxu İsraili Amerikanın bir parçası hesab edir. Bu ölkənin 10 milyon əhalisi var. Onlardan 73,6 faizi yəhudi, 21,1 faizi isə ərəbdır. Yerdə qalan 5,3 faizi isə digər xalqlar, o cümlədən ermənilər də daxildir. İsrailin dövlət dili ivrit dilidir. Ancaq ərəb dilinin İsraildə rəsmi olaraq xüsusi statusu var.

İsrail dünyada yeganə ölkədir ki, orada yəhudilər etnik azlıq deyil. Ən maraqlısı isə odur ki, İsraildə yaşayan əhalinin az qala 10 faizi – 700 min insan – həm də Amerika vətəndaşıdır. Amerikada isə əhalinin 2,4 faizi, yəni 7,5 milyon nəfəri özünü yəhudi hesab edir. Dünyada yaşayan yəhudilərin 46 faizi ABŞ-ın payına düşür.

2,4 faiz kiməsə çox kiçik gələ bilər. Amerikanı məhz elə bu 2,4 faizi yəhudi idarə edir. Özü də bu idarəçilik demək olar ki, bütün sahələrin üst qurumunda özünün bütün çılpaqlığı ilə göstərir. Bu ilin yanvarında “The Jerusalem Post” qəzetində “Do the Jews control the US government?” ("Yəhudilər ABŞ hökumətinə nəzarət edirmi?") adlı məqalə gedib. Məqalədə deyilir ki, Endryu Anqlin (ABŞ-da rəsmən faşizmi təbliğ edir – E.H.) deyir: “WhiteHouse.gov saytında sadalanan 26 kabinet üzvündən 9-u yəhudidir. Bu, kabinetin 35%-ni təşkil edir. Yəhudilər ABŞ əhalisinin cəmi 2%-nə sahibdir, ancaq hökumətdə öz saylarından 17 dəfə çox təmsil olunurlar”.
"Əl-Cəzirə”yə görə isə: “ABŞ-dakı İsrail lobbisi hökumətin bütün aspektlərinə sızmağı bacarıb, ona görə də yəhudilər birbaşa ABŞ siyasətini formalaşdırırlar”.
ABŞ Ali Məhkəməsindəki hakimlərin 45 faizi yəhudidir. ABŞ-ın İsrailə hər il 3,3 milyard dollarlıq yardım etməsi də köhnə söhbətdir. Amerikanın antisemit din xadimi, məşhur Louis Farrakhan isə fikrini daha konkret ifadə edib. O deyir ki, Amerikanın qapısının açarı yəhudilərin əlindədir. İstədiklərini içəri buraxırlar, istəmədiklərini isə qapıdan qovurlar.

Bəzi dostlarımız soruşur ki, Azərbaycan nədən İsraillə dostluq edir. Çünki Azərbaycan Ağ Evə birbaşa daxil ola bilmir. Ona görə də İsrailin üzərindən hərəkət edir. İsrail də Amerikanın qapısını Azərbaycanın üzünə taybatay açır. Zatən Azərbaycanın dövlət maraqları da bunu tələb edir.

Başqa bir məqam. İranın gələcəyi qeyri-müəyyəndir. İranın parçalanması ehtimalı da yüksəkdir. İranın parçalanacağı təqdirdə bizə Güney Azərbaycan məsələsindən dolayı İsrailin, İsrail üzərindən ABŞ-ın dəstəyi lazım olmayacaqmı? Cavab bəllidir.

Hə, Fələstin məsələsinə görə Türkiyədə Azərbaycanı tənqid edən bəlli dairələr var. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dediyi kimi, bu bizim xətrimizə dəyir. Ancaq dövlət maraqları başqa şeydir. Məsələn, əhali baxımından Azərbaycandan 160 dəfə çox olan Hindistan İsraili İran məsələsinə görə qətiyyən ittiham etmir. Baxmayaraq ki, İranda bəlli maraqları var. Niyə ittiham etmir? Çünki İsrailin əsas silah alıcısı məhz Hindistandır. O boyda Hindistan öz dövlət marağından çıxış edir. Azərbaycan niyə etməsin ki? Özü də İrana görə. O İrana görə ki, həmişə ermənilərin və Ermənistanın yanında, Azərbaycanın isə qarşısında olub.

Mövzudan uzaqlaşmayaq. 1901–2023-cü illər arasında Nobel Mükafatı alan 965 şəxsdən ən azı 216-sı yəhudidir, yəni yəhudilər mükafat alanların 22%-ni təşkil edir. Yəhudilər dünya əhalisinin cəmi 0,2 faizi qədərdir, yəni yəhudi qaliblərin sayı dünya əhalisinin nisbətindən 110 dəfə çoxdur. Düşünün ki, Nobel Mükafatı alan yəhudilərlə bağlı İsrail xüsusi ensiklopediya buraxıb.

Bəs yəhudilər nədən bu qədər ağıllıdır? Bu suala yəhudi alimləri özləri belə cavab verir ki, qoca Avropanın bu və ya digər ölkəsində hər 20–25 ildən bir yəhudi poqromları olurdu. Yəhudilər ev-eşiyini, mal-qarasını qoyub canını qurtarmaq üçün başqa bir ölkəyə qaçıb getmək zorunda qalırdı. Sonda yəhudilər qərar verdilər ki, bütün var-dövlət bizim başımızda olmalıdır ki, qaçanda geridə qalmasın. Ona görə də yəhudilər kütləvi şəkildə elm öyrənməyə girişdilər. Artıq bu onların şakərinə çevrilib.

Sözümün canı o ki, balaca İsrail elə Amerika deməkdir. Hətta balaca İsrail o boyda Amerikanı idarə etmək gücündədir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Elə bu səbəbdən də ABŞ İsrailin sifarişi ilə İranın əsas nüvə obyektlərini yerlə-yeksan etdi.

“2023-cü ilin mart ayında BMT-nin nüvə silahına nəzarəti orqanı kimi tanınan Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan etmişdi ki, Fordoda 83,7 faiz saflığa qədər zənginləşdirilmiş uran müəyyən edilib”.
“The New York Times” 2 gün öncə belə yazmışdı. Bu isə o deməkdir ki, bir çox ekspertin dediyi kimi, İran həqiqətən də nüvə silahı yaratmağın bir addımlığında olub.

2018-ci ildə "Mossad" agentləri İranın Tehrandakı gizli nüvə arxivinə sızaraq 100 mindən çox sənəd və kompüter faylını İsrailə ötürmüşdü. Sənədlər və fayllar İranın AMAD Layihəsinin nüvə silahı hazırlamaq məqsədi daşıdığını göstərirdi. İsrail məlumatı müttəfiqləri, o cümlədən Avropa ölkələri və ABŞ ilə paylaşdı.

İsrailin xüsusi xidmət orqanı olan "Mossad" dünyanın ən güclü kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən qurumudur. Bu məxfi kəşfiyyat orqanı dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir.

1949-cu ilin dekabrında yaradılıb, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 7 min nəfərə çatır. İllik büdcəsi 2,73 milyard dollardır. David Barnea 2021-ci ildən "Mossad"a rəhbərlik edir. Bu təşkilat İranda xüsusi fəallığı ilə seçilir.

2024-cü ildə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İranın kəşfiyyat xidmətinin "Mossad" əməliyyatlarına qarşı mübarizə aparmaq üçün bir bölmə yaratdığını, yalnız onun liderinin 2021-ci ildə "Mossad" agenti kimi ifşa olunduğunu açıqladı. O, həmçinin iddia etdi ki, 20-yə yaxın iranlı əməliyyatçı İsraili kəşfiyyat məlumatları ilə təmin edən ikili agent kimi fəaliyyət göstərib.

İsrailin "Hizbullah" və "Həmas" liderini, müharibənin ilk saatlarında bu qədər general və nüvə fiziklərini aradan götürməsi şübhəsiz ki, "Mossad"ın peşəkarlığından xəbər verir. Hələ mən orasını demirəm ki, İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasının da arxasında "Mossad"ın dayanması ehtimalı son dərəcə yüksəkdir.

Özü də İsrailin İranı vurmasını təkcə ABŞ dəstəkləmir. Avropa ölkələri də buna görə İsraili alqışlayır. Bir fakta diqqət edək: Almaniyanın yeni kansleri Fridrix Mers yerli ZDF telekanalına müsahibəsində konkret deyir: “Bu, İsrailin bizim hamımız üçün etdiyi çirkin işdir. Biz də bu rejimin qurbanlarıyıq. Bu molla rejimi dünyaya ölüm və dağıntı gətirdi”. Heç şübhəsiz ki, bu fikir həm də Avropa Birliyinin İsrail–İran savaşına münasibətini əks etdirir.

Elbəyi Həsənli,
Sürix

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri