Məhkəmə Rüfət Səfərov barədə qərar verib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. İttihama görə, o, Novxanıda bağ satmaq qarşılığında zərərçəkən kimi tanınan Natiq İmaquliyevdən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də Natiq İmanquliyev onun qarajına gələrək Rüfət Səfərovla mübahisə edib və nəticədə yaralanıb.
Binəqədi rayon Polis İdarəsində Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Avqust 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















