Icma.az
close
up
RU
Məhkəmə sistemi ilə “Azərbaycan Dəmir Yolları” arasında toqquşma: işinə bərpa edilən dəmiryolçunu işdən azad etdilər, məhkəmə yenə qaytardı...

Məhkəmə sistemi ilə “Azərbaycan Dəmir Yolları” arasında toqquşma: işinə bərpa edilən dəmiryolçunu işdən azad etdilər, məhkəmə yenə qaytardı...

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illər “Azərbaycan Dəmir Yolları” QSC-də çalışmış, son iş yeri bu qurumun Hərəkət Vasitələrinin Təmiri Departamentində Elektrovozların təmiri sexi olmuş dəmiryolçu xeyli vaxtdır ki, məhkəmə qapılarında qalıb. Dəmiryolçu-usta haqqını məhkəmələr vasitəsilə bərpa etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, məhkəmə bir dəfə dəmiryolçunun işdən qanunsuz çıxarıldığını təsdiqləyib. Onun işə bərpa olunması barədə qərar çıxarıb. Dəmiryolçi işinə bərpa olunsa da, bir müddət sonra onu yenidən çıxarıblar. Yenidən məhkəməyə üz tutan vətəndaş bu dəfə də əmək hüquqlarının bərpasına nail olub.

İndi isə onun başına gələblər barədə daha ətraflı məlumat verək. Şikayətçi dəmiyolu sahəsində 1996-cı ildən çilingər kimi işə başlayıb. 2023-cü ilə qədər çilingər, usta və s. vəzifələrdə işləyib. 2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) onu işdən çıxarıblar. O, işdən çıxarılması barədə qərardan məhkəməyə şikayət edib. İş gedib Ali Məhkəməyə qədər çıxıb. Ali Məhkəmənin yekun qərarı ilə vətəndaşın “Azərbaycan Dəmir Yolları” QSC-də işinə bərpa edilməsi barədə qərar çıxarılıb. O, işinə qayıtdıqdan az sonra daha ağır maddə ilə - Əmək Məcəlləsini 70-ci maddəsini “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) işdən azad edilib.

Şikayətçi hesab edir ki, onun haqqında verilmiş bu qərar qanunsuz və qərəzlidir. Onun sözlərinə görə, məhkəmə qərarı ilə işə bərpa olunması rəhbərliyi qıcıqlandırıb və nəticədə ona qarşı qərəzli mövqe tutublar, işdən çıxmaq üçün bəhanə axtarıblar: “İşdən çıxma əmrimdə attestasiya komissiyasının qərarı ilə çıxarılmağım göstərilib. Halbuki, mən attestasiyadan azad olunan şəxslərdənəm. Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər göstərilib. Həmin maddənin bir neçə bəndi mənə aiddir. Mən 1-ci Qarabağ müharibəsi veteranıyam. 5 dəfə attestasiya imtahanından keçmişəm. İşə bərpa olunduğum müddət 1 ildən aşağı idi - 5 ay. Bütün bu hallar isə həmin maddənin tələblərinə əsasən, mənim attestasiya keçirilməyən şəxslər siyahısına daxil olduğumu göstərir. Lakin rəhbərliyin qərəzli mövqeyi və şəxsi prinsipinə görə məni bu bəhanə ilə işdən çıxardılar”.

28 il iş təcrübəsi olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, bu müddətdə tapşırıqları vaxtında və layiqli şəkildə yerinə yetirib. Ona heç vaxt cəza verilməyib. O bildirir ki, qəfildən imtahana çağırıblar. İmtahan sualları barədə heç bir məlumat verilməyib: “İşim və ixtisasıma aid olmayan suallar verirlər. İmtahandan aydın oldu ki, məqsəd belə bəhanə ilə işçiləri azad etməkdir. Rəhbərliyin bu cür davranışı həm vətəndaşa, həm də qərar çıxarmış məhkəməyə hörmətsizlikdir”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi isə onun şikayətində göstərdiklərinə etiraz edib. O, məhkəməyə təqdim etdiyi ərizədə göstərib ki, Hərəkət vasitəsinin təmiri departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Attestasiya Komissiyası yaradılıb. Attestasiyanın keçirilmə qrafiki təsdiqlənib və qrafikə uyğun olaraq, Departamentin lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexi üzrə işçilərin attestasiyası keçirilib: “Attestasiya vərəqəsinə əsasən, ona yalnız tutduğu vəzifəyə, peşəsinə, əmək funksiyasına, yerinə yetirdiyi işlərə uyğun olaraq 5 sual verilib. O, yalnız 1 suala cavab verib, digər 4 suala isə cavab verməyib. Onun tutduğu vəzifəyə uyğun olmamasına dair komissiya tərəfindən qərar qəbul edilib. Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq, onunla bağlanmış müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib”.

Nəsimi Rayon Məhkəməsində aparılan araşdırmalardan sonra hakim şikayətçinin haqlı olduğunu hesab edib və onun xeyrinə qərar qəbul edib. Qərara əsasən, o, “Azərbaycan Dəmir Yolları” QSC-də “Elektrovozların təmiri sexinin ustası” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ona ödənilməmiş əmək haqqı verilməlidir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri