Icma.az
close
up
RU
Məhkəmədə zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi 186 minlik cinayət işi

Məhkəmədə zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi 186 minlik cinayət işi

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Məmməd Ağakişiyevin məhkəmə prosesinin növbəti  iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Namik müəllimin vəsatəti əsasında əlavə şahid qismində İmran Əliyev dindirilib. O bildirib ki, 02.08.2023-cü il tarixdə Məmməd Ağakişiyevin yanına Kürdəxanı bələdiyyəsinə gedib və onu götürərək ata-baba yurdunun yerini göstərib ki, sənədləşdirsin. 

Zərərçəkənlər isə şahidin həmin gün Məmməd Ağakişiyev ilə bir yerdə olması barədə rəsmi görüntü  tələb ediblər. 

Digər ifadə verəcək Şükür adlı şahid Moskvada olduğundan onun məhkəmədə dindirilməsi mümkün olmayıb. 

Zərərçəkənlər şahid İmran Əliyev barədə düzgün ifadə vermədiyi üçün cinayət işinin başlanmasını istəyiblər. Məhkəmə isə vəsatətə baxılmasını sənədlərin tədqiqi mərhələsinə kimi baxılmamış saxlanılması barədə qərar çıxarıb.

Zərərçəkən şəxs, özünü qazın kimi təqdim edən Rauf Dadaşov məhkəməyə cinayət işinə aid olan disk təqdim edib və baxılmasını xahiş edib. Hakim Fərid Namazov zərərçəkənlərin vəsatətini təqdim edib. 

Qeyd edək ki, diskdəki səsdə Rauf Dadaşovun Kürdəxanı kəndindən olan bir şəxslə arasında olan telefon danışığı olub. Səs yazısında Rauf Dadaşov təqsirləndirilən Məmməd Ağakişiyevi ağır formada təhqir edərək onu pul ilə yalançı şahidlər tutmaqda günahlandırıb. Hətta hakim korpusu digər disklərə məhkəmə zalında  baxmaqdan imtina ediblər. 

Təqsirləndirilən şəxsin vəkili Namiq müəllim hakimə vəsatət verib və vəsatətini məhkəmədə elan edib: "2023-cü ilin 24 oktyabr tarixində cinayət işi başlanıb və Məmməd Ağakişiyevə  axtarış veriblər. 7 gün isə  ərzində də saxlayıblar. Halbuki Məmməd Ağakişiyev  həmin vaxt Kürdəxanı bələdiyyəsində şöbə müdiri  kimi işləyib. O belə işdə işləyə-işləyə necə istintaqdan yayına bilər? Şəxsin ifadəsi alınmadan necə cinayət işi başlamaq olar? Yasamal RPİ-nin müstəntiqi dedi ki, 25 faiz ödəyin cinayət işinə xitam verilsin. Məmməd Ağakişiyevin də həyat yoldaşı həmin 5 min manat məbləği ödədi".

Həmçinin məhkəmə prosesində 2023-cu ilin 31 iyul tarixindən 2 avqust tarixinə kimi Məmməd Ağakişiyevin hər iki nömrəsinin anten məlumatlarının çıxarılması barədə hər iki tərəf tərəfdən verilən vəsatət təmin olundu. 

Məhkəmə prosesi 10 mart tarixinə kimi təxirə salınıb.

İttiham aktına görə,  Məmməd Ağakişiyev 5 nəfərə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Xatırladaq ki, Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri