Icma.az
close
up
RU
Məhkəmədən müəllimlərin sertifikasiyası ilə bağlı mühüm QƏRAR

Məhkəmədən müəllimlərin sertifikasiyası ilə bağlı mühüm QƏRAR

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Manset.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilin (ombudsmanın) sorğusu əsasında “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) və Milli Məclis Aparatının mülahizələrini, Elm və Təhsil Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor A.Qasımovun və Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-cü maddəsi və Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə ziddiyyət yaratmır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelər əmək münasibətlərinin tənzimlənməsində nəzərə alınsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri