Icma.az
close
up
RU
Məhkəmələrin ən çox hansı qərarları icra olunmur? Hüqüqşünas açıqladı

Məhkəmələrin ən çox hansı qərarları icra olunmur? Hüqüqşünas açıqladı

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Məhkəmələrin müxtəlif məsələlər üzrə verdiyi qərarlar iddiaçıların xeyrinə olsa da, icra mərhələsində bunların heç də hamısı həyata keçirilmir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bu fikirdədir. O, məhkəmə qərarlarının icrası ilə bağlı mövcud çətinliklərə toxunaraq bildirib ki, qərarların yalnız təxminən 50 faizi icra olunur. A.Əlizadə həmçinin qeyd edib ki, İnsan hüquqları komitəsi məsələnin həlli üçün əlavə tədbirlər görməlidir.

Maraqlıdır, məhkəmə qərarlarının icrasındakı problemlərin səbəbi nədir? Ən çox hansı məsələlərlə bağlı qərarlar icra olunmur?

Mövzu ilə bağlı tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı müəyyən problemlərin olması hər zaman müzakirə olunur. Onun sözlərinə görə, qərarların tam icrasının qarşısını bir sıra problemlər alır:


“Xüsusən mülki mübahisələrdə borclu tərəf ya real maliyyə imkanının olmaması, ya da bilərəkdən əmlak və gəlirlərini gizlətməklə öhdəliklərini yerinə yetirmir. Digər tərəfdən, icra mexanizmlərinin zəifliyi burada mühüm rol oynayır. İcra məmurlarının sayının azlığı, maddi və texniki təminatın yetərsizliyi, sosial müdafiənin zəif olması (çünki icra məmurlarının əmək haqqı çox aşağıdır) və bəzən süründürməçilik hallarının mövcudluğu bu prosesin səmərəliliyini xeyli dərəcədə azaldır. Doğrudur, bu günlərdə özəl icra məmuru haqqında qanun qəbul edilib və güman etmək olar ki, gələcəkdə bu məsələdə müəyyən irəliləyiş gözlənilir.

Digər tərəfdən, hüquq mədəniyyəti və ictimai şüurla bağlı problemlər də var ki, bunlar məhkəmə qərarlarının icra edilməsinin qarşısını alan amillərdən biridir. Qərarların icrasına yalnız qorxu və məsuliyyət məsələsi kimi deyil, hüquqa hörmət prinsipi ilə yanaşmaq lazımdır. Təəssüf ki, vətəndaşlarımızın bir qismi məhkəmə qərarlarına çox laqeyd yanaşır. Qanunvericilikdə boşluqlar var və təkmilləşdirmə istiqamətində addımlar zəruridir. "İcra haqqında" qanunda bir sıra boşluqlar var. Məcburi icra tədbirlərinin çevikliyi ilə bağlı mexanizmlərin məhdudluğu da bu problemləri dərinləşdirir”.

Ə.Nuriyev ən çox məhkəmə qərarlarının icra olunmadığı sahələri də açıqlayıb:

“Aliment və ailə mübahisələrində valideynlərdən biri aliment ödəməkdən yayınır. Uzun müddət ödənilməmiş məbləğlər yığılır .Əmək və sosial ödənişlərlə bağlı qərarlarda da icra problemləri müşahidə olunur. İşçilərin işə bərpası, əmək haqqı və kompensasiyalarla bağlı qərarların icrasında ciddi çətinliklər vardır. Başqa sahələrdən biri də bank və kredit mübahisələridir. Borclunun əmlakının olmaması və ya onu gizlətməsi icranı mümkünsüz edir. Digər istiqamət isə əmlak mübahisələridir. Mülkiyyətin təhvil-təsliminə müqavimət göstərilməsi və alternativ yaşayış yeri məsələləri də icranı çətinləşdirən sahələrdəndir. Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin məlumatına görə, son illərdə məhkəmə qərarlarının icrasının təminat göstəricisi təxminən 45–55 faizdir. Hazırda bu göstəricidə müəyyən artım müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, Avropa Şurasının hesabatına görə, Avropa ölkələrində məhkəmə qərarlarının icrası orta hesabla 70–80 faiz civarındadır. Bu göstəricilər hüquqi dövlətin əsas təməli olan hüququn aliliyi prinsipinin praktik təsirini zəiflədir və vətəndaşların məhkəmə hakimiyyətinə inamının azalmasına gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra olunmamasını Konvensiyanın 6-cı maddəsinə əsasən, ədalətli məhkəmə hüququnun pozuntusu kimi qiymətləndirir. Xüsusilə Azərbaycan, Türkiyə, Rusiya və Bolqarıstanda Avropa Məhkəməsinin qərarlarının icrasında müəyyən problemlər mövcuddur. Məsələn, Mirzəyev Azərbaycana qarşı işi üzrə 2019-cu ildə əmək mübahisələrinə dair qərarın icra olunmaması Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən insan hüquqlarının pozuntusu kimi qiymətləndirilmişdi. Vurğulamışdı ki, məhkəmə qərarı kağız üzərində qalıbsa, ədalətli məhkəmə hüququ təmin olunmur. Bütövlükdə bu praktika göstərir ki, məhkəmə qərarlarının icra olunmaması təkcə milli hüquq problemi deyil, həm də beynəlxalq məsuliyyət doğuran insan hüquqları pozuntusudur”.

Ə.Nuriyevin fikrincə, borclulara qarşı daha sərt sanksiyalar və məhdudiyyətlər tətbiq olunmalıdır:

“Onların bəzi hüquqlarının məhdudlaşdırılması qanun çərçivəsində həyata keçirilə bilər. Hüquqi maarifləndirmə gücləndirilməli, məhkəmə qərarlarının mübahisənin son nöqtəsi olduğu anlayışı ictimai şüura yeridilməlidir. Eyni zamanda icra məmurlarının sosial müdafiəsinin gücləndirilməsi çox vacib məsələdir. Burada həm onların əmək haqqı sistemində yeni yanaşmaların olması, həm də bonus sisteminin tətbiqi vacibdir. İndi qanunvericiliyə məhkəmə qərarlarının könüllü icra edilməməsinə görə 10 faiz həcmində əlavə vəsaitin icra məmurlarının əmək haqqısına yönəldilməsi ilə bağlı müvafiq dəyişikliklər edilib. Bu, çox yaxşıdır. Amma hesab edirəm ki, bu gün hər bir məhkəmə icra məmurunun icraatında təxminən 1000-2000 iş vardır və fiziki baxımdan onlar bunu yerinə yetirə bilməzlər. Eyni zamanda icra məmurları üçün köməkçi institutun yaradılması və ya süni intellektin tətbiqi çox vacibdir”.

Lalə,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri