Məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına olacaq 200 min manat ayrılacaq
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin tibbi təminatı ilə bağlı yeni tədbirlər nəzərdə tutulub.
Milli.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə zəruri tibbi avadanlıq və ya mütəxəssis olmadıqda, məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçiriləcək.
Bildirib ki, il ərzində 1500 nəfərədək şəxsin tibbi xidmətlə əhatə olunması planlaşdırılır.
Layihənin maliyyələşdirilməsi üçün isə 200 min manatadək vəsaitin ayrılması nəzərdə tutulub.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















