Icma.az
close
up
RU
Mehmanxanalarda təhlükəsizlik standartlarının pozulması faciəyə yol aça bilər AÇIQLAMA

Mehmanxanalarda təhlükəsizlik standartlarının pozulması faciəyə yol aça bilər AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Bolu vilayətində yerləşən qış turizm otelində baş verən yanğın nəticəsində 76 nəfərin həlak olması otellərdə təhlükəsizlik məsələləri ilə bağlı sualları artırır. Belə hadisələr bu cür fəlakətlərin qarşısını almaq üçün ciddi tədbirlərin vacibliyini vurğulayır.

Bəs Azərbaycandakı turistik bölgələrdə mehmanxanaların təhlükəsizlik vəziyyəti necədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirdi ki, təhlükəsizlik məsələləri turizmdə ən öndə tutulan məsələlərdəndir. Onun sözlərinə görə, insanların həyatına risk daşıyan nə varsa, buna çox həssas yanaşılmalıdır və turizm də bu mütləq qaydada ən çox diqqət olunmalı olan faktor hesab olunur:

"Otellərdə yanğın və yaxud da başqa hər hansı bir hadisələrlə bağlı risk daşıyan bütün məsələlər diqqətdə saxlanılır. Müvafiq dövlət qurumları mütəmadi olaraq bununla bağlı yoxlamalar keçirirlər. Azərbaycanda olan otellərin əksəriyyəti bu standartlara cavab verir. Çünki yanğın təhlükəsizliyi ilə bağlı istər balonların olması, ehtiyat yanğın çıxışının olması, istərsə də yanğınsöndürmə ilə bağlı iş bölgüsünün həyata keçirilməsi vacib məsələlərdəndir. Otellərdə bu yanğın sisteminə bağlı alarm kimi sistemlər də mütəmadi olaraq yoxlanılır. Lakin onu qeyd etmək lazımdır ki, yanğın anında insanların tələfatı daha çox, panika təsiri altında işin, xilasetmənin, təxliyyənin tam peşəkar şəkildə təşkil olunmaması nəticəsində olur. Yadınıza gəlirsə, bir neçə il bundan əvvəl Batumidə də yanğın hadisəsi olmuşdu və orada da oteldə qonaqlar arasında ölənlər qeydə alınmışdı".

Ekspert qeyd etdi ki, burada daha çox diqqət çəkən məsələ işçi heyətinin peşəkar hazırlıqlı olmasıdır.

"Xüsusən otelin əməkdaşlarının panikaya düşmədən, qonaqların sağlıqlı bir şəkildə evakuasiya olunması, təxliyyə olunmasını təmin etməkdən ibarətdir və bu halda əlbəttə ki, növbətçi şəxs təyin olunur. Yanğın hallarında qonaqlara lazım olan istiqamətləri vermək üçün mütləq təxliyyənin təşkilində yaxından iştirak edirlər və hər biri xüsusən də şöbə müdirləri bu məsələlərə daha aktiv cəlb olunur. Otellərdə elə şərait yaradılmalıdır ki, fövqəladə hallarda qonaqlar sağlam, rahat bir şəkildə binadan çıxa bilsinlər. Panika olarsa və bu bölgü doğru təşkil olunmazsa, insanlar özləri bir-birinə maneə yaratmaqla tələfatın artmasına səbəb ola bilərlər. Bununla bağlı müvafiq qurumlar, xüsusən Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi yoxlamalar keçirilir. Təlimlər, treninqlərdə izah verilir ki, belə hallarda hansı addımlar atılmalıdır, yanğın halında daxili imkanlarla yanğınsöndürmə komandası gələnə qədər həmin yanğın necə lokallaşdırıla bilər və s.

Hazırda turizm qanunu ilə əlaqədar olaraq otellərin təsnifatlaşdırılması məsələsi həyata keçirilir. Dövlət Turizm Agentliyinin və Hotellər Assosiasiyasının təşkilatçılığı ilə və bu təsnifatlaşdırmada suallar çıxarsa, bunu otelə xəbərdarlıq kimi təqdim edirlər. Otellər özləri də maraqlıdır ki, onların binalarında hər hansı xoşagəlməz risk daşıyan bir hal, hadisə baş verməsin", - deyə Ceyhun Aşurov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri