Icma.az
close
up
RU
Mehmet Yüce: Xankəndidə keçirilən ECO Zirvə görüşü həm də güclü və diplomatik mesaj oldu

Mehmet Yüce: Xankəndidə keçirilən ECO Zirvə görüşü həm də güclü və diplomatik mesaj oldu

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 7 iyul, Günel Karatepe, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Azərbaycanda, özü də Xankəndidə keçirilməsi həm də güclü, əhatəli geosiyasi və diplomatik bir mesaj oldu. Zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin səmimi münasibətləri üç ölkə arasında dərinləşən əməkdaşlığın bir göstəricisi idi. Həmçinin İran Prezidenti Məsud Pezeşkianın və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın tədbirdə iştirak etməsi həm Türk dünyası, həm də regional əməkdaşlıq baxımından olduqca əhəmiyyətlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce ifadə edib.

ECO Zirvə görüşünün Xankəndidə keçirilməsinin sıradan diplomatik qərar olmadığını qeyd edən professor deyib: “Bu, suverenlik, beynəlxalq tanınma, regional inteqrasiya və rəmzi güc nümayişi baxımından strateji addım idi. Bu, eyni zamanda, Qarabağda müharibədənsonrakı nizamın artıq bərqərar olduğunu və bunu iqtisadi vasitələrlə möhkəmləndirmək istəyini göstərir. Əvvəlki Zirvə görüşlərini geridə qoyaraq, daha canlı, proaktiv və mesajlarla zəngin olan bu görüş post-müharibə dövrünün bərpa mərhələsinin dönüş nöqtələrindən biri kimi tarixə düşəcək. Fikrimcə, bu görüşün verdiyi mesajları üç başlıq altında toplamaq mümkündür: “Rəmzi məna və suverenlik”, “Regional inteqrasiya və Qarabağın tanıdılması” və “Türk dünyası kontekstində məsələyə baxış”. Bildiyimiz kimi, ECO iqtisadiyönümlü bir təşkilatdır və onun zirvəsinin Qarabağda keçirilməsini bölgəni ticarət, sərmayə və nəqliyyat inteqrasiyası baxımından yenidən qurulan bir mərkəzə çevirmək strategiyasının tərkib hissəsi kimi görmək olar. Yəni, bu görüşün Qarabağın enerji xətlərinə, nəqliyyat şəbəkələrinə və regional layihələrə inteqrasiyası prosesini də sürətləndirəcəyini düşünürəm. Görüşdə Türk dövlətləri liderlərinin ön planda olması və aralarındakı səmimi görüntülər isə diqqətləri yenidən Türk Dövlətləri Təşkilatına yönəltdi. Bu baxımdan Xankəndidəki Zirvə görüşü Türk dünyası baxımından da mühüm addım oldu. Bu hadisə Türk dünyasının artıq yalnız etnik və ya mədəni kimlik deyil, eyni zamanda, strateji bir aktor olaraq dünya siyasətində yer almağa başladığının güclü sübutudur”.

Mehmet Yüce Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın qatılmasının da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. “Bu, qardaş ölkələrin ŞKTC ilə dialoqlarını davam etdirdiyi mesajını verir, digər tərəfdən isə Şimali Kiprin beynəlxalq tanınması və Türk dünyasının Kipr türklərinə sahib çıxması baxımından olduqca mənalı və strateji bir addımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri