Icma.az
close
up
RU
Travma alanda ilk nə etməliyik? Baş həkimdən TÖVSİYƏLƏR

Travma alanda ilk nə etməliyik? Baş həkimdən TÖVSİYƏLƏR

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hər il ölkəmizdə müxtəlif travma və qəza halları baş verir. Bu zaman zərərçəkənə göstərilən ilk yardım çox vaxt onun həyatını xilas edə bilər. Hər bir vətəndaş travma hadisəsində necə davranacağını bilməli və ilkin yardım qaydalarına bələd olmalıdır”.

Adalet.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində deyib.

Onun sözlərinə görə, vacib məsələ təhlükəsizliyin təmin edilməsidir:

“Hadisə yerində əvvəlcə vəziyyəti dəyərləndirmək, həm öz, həm də zərərçəkənin təhlükəsizliyini qorumaq lazımdır. Əgər yanğın, qaz sızması və ya elektrik təhlükəsi varsa, ora yaxınlaşmaq olmaz. Təhlükə aradan qaldırıldıqdan sonra yardım göstərmək mümkündür. Növbəti addım təcili tibbi yardım çağırmaqdır. Hadisənin yeri, yaralanmanın xarakteri və zərərçəkənlərin sayı barədə aydın məlumat verilməlidir. Yardım gələnə qədər operatorun verdiyi təlimatlara əməl etmək vacibdir. Zərərçəkənə yaxınlaşdıqda ilk olaraq onun şüuru, tənəffüsü və nəbzi yoxlanılmalıdır. Əgər zərərçəkən şüurludursa, onu sakitləşdirmək, hərəkət etdirməmək və vəziyyətini sabit saxlamaq lazımdır. Şüursuz vəziyyətdə olan şəxslərdə isə tənəffüs yoxdursa, süni tənəffüs və ürək masajı başlanılmalıdır.

Qanaxma müşahidə olunarsa, dərhal dayandırmaq həyati əhəmiyyət daşıyır. Bu zaman təzyiqli sarğıdan və ya lazım gəldikdə turnikedən istifadə edilir. Hər bir dəqiqə vacibdir – qanaxmanın qarşısını vaxtında almaq insanın həyatını xilas edə bilər”.

Baş həkim qeyd edib ki, sınıq və çıxıq hallarında zərərçəkəni hərəkət etdirmək olmaz:

“Sadəcə olaraq ətraf sabit vəziyyətdə saxlanmalı və tibbi yardımın gəlməsi gözlənilməlidir. Eyni zamanda, zərərçəkən soyuq hava şəraitindədirsə, onu isti saxlayacaq vasitələrlə örtmək, psixoloji cəhətdən sakitləşdirmək tövsiyə olunur. Unutmaq olmaz ki, düzgün və vaxtında göstərilən ilkin yardım çox zaman ixtisaslaşmış tibbi müdaxilədən öncə həyati funksiyaları qorumağa kömək edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri