Icma.az
close
up
RU
Mehriban Əliyeva Uşaqlara qayğının və saf məhəbbətin ünvanı

Mehriban Əliyeva Uşaqlara qayğının və saf məhəbbətin ünvanı

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Uşaqlar – cəmiyyətin gələcəyi, millətin sabahı, vətənin ən saf aynasıdır. Onların sağlam böyüməsi, təhsilli, vətənə bağlı və mənəviyyatlı yetişməsi isə hər bir dövlətin və hər bir vicdanlı insanın başlıca vəzifəsidir. Azərbaycanda bu müqəddəs vəzifəni öz həyatının mənasına çevirən, uşaqlara ana nəvazişi ilə yanaşan, onların hər birinə sevgi və şəfqətlə qucaq açan şəxsiyyətlərdən biri – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevadır.
Mehriban xanımın uşaqlara olan qayğısı sözlə ifadə olunacaq qədər sadə deyil – bu, bir həyat fəlsəfəsidir, əxlaqi missiyadır, vicdanın və sevgili qəlbin səsinə qulaq asmaqdır. O, daim vurğulayır ki, “Hər bir uşaq sevilməyə, qorunmağa və ləyaqətli həyat şəraitində böyüməyə layiqdir”. Bu sözlər onun gördüyü işlərdə əməllə təsdiq olunur.
Mehriban Əliyeva illərdir ki, uşaq evlərinə, körpələr evinə, internat məktəblərinə, bağçalara və ümumtəhsil ocaqlarına xüsusi diqqət yetirir. Onun təşəbbüsü ilə onlarla uşaq evi, baxça və məktəb əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub. Təkcə fiziki şəraitin deyil, mənəvi mühitin də sağlam olması üçün geniş proqramlar həyata keçirilir. O, uşaq evlərinə sadəcə baş çəkən bir rəsmi şəxs deyil – uşaqlarla ünsiyyət quran, onların gözlərindəki sevincə ortaq olan bir ana, bir dost, bir arxa-dayaqdır.
Bağçalar və körpələr evində uşaqların təlim-tərbiyəsi ilə bağlı layihələrə də xüsusi önəm verilir. Mehriban xanımın rəhbərlik etdiyi fond bu müəssisələrdə tədris proqramlarının müasirləşdirilməsi, müəllim heyətinin ixtisasartırması, sağlam qidalanma və gigiyena şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır.
Ümumtəhsil məktəblərində şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara çıxış imkanlarının artırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil mühitinin yaradılması Mehriban xanımın uşaq siyasətinin əsas istiqamətlərindəndir. O, təkcə böyük şəhərlərdə deyil, rayon və kəndlərdə də təhsil ocaqlarının yenilənməsi üçün xüsusi layihələr irəli sürmüş və onların icrasına şəxsən nəzarət etmişdir.
Mehriban Əliyevanın uşaqlara olan bu sonsuz diqqəti və sevgisi, onların cəmiyyətin tamhüquqlu üzvü kimi yetişməsi üçün etdiyi xidmətlər, bütün xalq tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Çünki o, hər bir uşağın üzündəki təbəssümün arxasında böyük bir məsuliyyət, sevgi və ümid daşıyır.
Uşaqlar Mehriban xanımın simasında bir himayədar, bir ilham mənbəyi, bir sığınacaq tapıblar. Onun hər addımı, hər təşəbbüsü, hər təbəssümü uşaqlara daha xoşbəxt bir gələcək bəxş edir. O, təkcə dövlətin deyil, uşaqların da ümididir.
Azər Yadigaroğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri