Icma.az
close
up
RU
Məhsul bol, qiymət SUDAN UCUZ Xaçmazda xurma sahələrdə QALDI FOTO

Məhsul bol, qiymət SUDAN UCUZ Xaçmazda xurma sahələrdə QALDI FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xaçmaz rayonunda xurma yetişdirən fermerlər satış problemi ilə üzləşirlər. Rayonun ayrı-ayrı kəndlərindən olan təsərrüfat sahibləri bu meyvənin satışının çox zəif olduğunu bildirirlər.
Bizim.Media-nın yerli bürosuna danışan fermerlər deyir ki, yerində alverçilər bağlardan xurmanın bir yeşiyini 2 – 2.5 manata alırlar. Bu da meyvənin bir kiloqramının 20 qəpiyə, yəni dəyər-dəyməzinə satılması deməkdir.

Daxili bazarda da qiymət təxminən eynidir. Belə ki, yerli bazarda xurmanın bir kiloqramı 20-30 qəpiyə satılır.
Bu səbəbdən bəzi kəndlilər ucuz satıldığına görə məhsulu ağacdan yığmağa lüzum görmürlər. Ağacın dibinə tökülən meyvələr isə çürüyüb gedir.

Məsələyə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən münasibət bildirilib. Qeyd olunub ki, rayonda 749 hektar xurma sahəsi var:
“Hazırda xurma yığımı davam edir. İndiyədək rayonda 6924 ton məhsul yığılıb. Artıq yığım yekunlaşıb”.

Qurumdan bildirilib ki, xurmaçılıq Xaçmazın kənd təsərrüfatında əsas sahələrdən deyil:
“Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdiriblər. Son illər fermerlər bu meyvənin satışı zəif olduğuna görə əkilməsinə çox önəm vermirlər, xurmadan daha gəlirli olan almanın və  gilasın daha məhsuldar sortlarını əkməyə üstünıük verirlər. Xurmanın ən bahalı növü olan Şişburun, həmçinin digər məhsuldar sortlar  əsasən Göyçay və digər aran rayonlarında yetişdirilir və xarici bazarlara göndərilir.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən o da qeyd olunub ki, satış məsələləri özəl olduğu üçün qurum fermerlərə bu məsələdə müdaxilə etmir.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri