Məhsuldar ötürmələr edən qapıçı YENİ REKORDÇU
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ederson İngiltərə Premyer Liqasında rekorda imza atıb.
İdman.biz xəbər verir ki, “Mançester Siti”nin qapıçısı “Nyukasl”a 4:0 hesabı ilə qalib gəldikləri oyunun 19-cu dəqiqəsində hücumçu Omar Marmuşa məhsuldar ötürmə edib.
Bu, braziliyalı qolkiperin cari mövsümdə qolla nəticələnən üçüncü ötürməsidir. Ümumiyyətlə, Premyer Liqada çıxış etdiyi müddətdə məhsuldar ötürmələrinin sayını 6-ya çatdıran Ederson bu göstəricidə təkbaşına rekordçu olub.
"Lids Yunayted", "Tottenhem", "Blekbörn" və "Börnli"nin keçmiş qapıçısı Pol Robinsonun hesabında Premyer Liqada 5 məhsuldar ötürmə var.
İdman.biz
Baxış sayı:75
Bu xəbər 16 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















