Məhsullar üzrə subsidiyanın əhatəsi genişləndirilir Hansı məhsula nə qədər ödəniləcək?
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək.
"AzPolitika" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Emal müəssisəsinə təhvil verilən texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton və taxta qabıqlı badama 30 manat/ton subsidiya müəyyən edilib.
Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.
Ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək. Naxçıvan MR üzrə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası ödəniləcək.
Yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat/ha, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha artıq ödəniləcək.
Bununla yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 07 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















